40 il ölkə cüdosuna xidmət etmiş Zair Məmmədovu baş katib postundan uzaqlaşdırmaq istəyirlər 40 il ölkə cüdosuna xidmət etmiş Zair Məmmədovu baş katib postundan uzaqlaşdırmaq istəyirlər

Azərbaycan cüdosunda növbəti istefa ehtimalı

40 il ölkə cüdosuna xidmət etmiş Zair Məmmədovu baş katib postundan uzaqlaşdırmaq istəyirlər



London Yay Olimpiya Oyunlarından sonra cüdo millimizin məşqçilər korpusunda dəyişiklik baş verdi: ilk dəfə yığma komanda əcnəbi mütəxəssisə tapşırıldı. Avstriyalı baş məşqçi Peter Zayzenbaherin vəzifəsinin öhdəsindən nə dərəcədə gəlib-gəlməməsini zaman göstərəcək.

Amma bu günlərdə AzNews.az-a daxil olan xəbər narahatlıq doğurmaya bilməz. Söhbət, istefanın ardının gəlməsindən gedir. Nəyə görə narahatlıq deyirik? Çünki cüdo barmaqla sayıla biləcək idman növlərimizdəndir ki, orada məşqçilər korpusu və cüdoçular yalnız yerlilərdən ibarətdir. Daha doğrusu, ibarət idi; Peter Zayzenbaher gələnə qədər.

Əldə etdiyimiz bilgiyə görə, uzun illər milli komandamıza başçılıq etmiş Ağayar Axudzadənin ardından, idman ictimaiyyətində əks-səda doğuracaq başqa bir istefa ehtimal olunur. Amma bu, məşqçilər heyətində deyil, Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbər vəzifələrindəndir. Bildirilir ki, 40 il ölkə cüdosuna xidmət etmiş Zair Məmmədovu baş katib postundan uzaqlaşdırmaq istəyirlər. Etibarlı mənbənin verdiyi məlumata görə, ACF onun çəkisinin yüksək və dayağının möhkəm olması səbəbindən, bu barədə qərar verməyə tərəddüd edir.

Qeyd edək ki, sözü gedən mütəxəssis 1986-cı ildə ümumittifaq dərəcəli hakim statusunu alıb. 1994-cü ildən baş katib vəzifəsində çalışan Zair Məmmədov, həmçinin 13 ildir beynəlxalq dərəcəli referilik edir.

Kamran Hacı
AzNews.az