Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı komissiya yaradıldı

2001-ci avqustun 23-də Xorvatiya "Osiyek"i ilə Latviya "Dinaburq"u arasında keçirilmiş UEFA Kubokunun təsnifat mərhələsinin oyununda azərbaycanlı hakimlər briqadasının davranışı ilə əlaqədar 5 nəfərdən ibarət komissiya yaradılıb.


AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, komissiyanın üzvlərinin adları məxfi saxlanılır.

Qeyd edək ki, 2001-ci ildə, avqustun 23-də UEFA Kubokunun "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasındakı cavab matçında Asim Xudiyev, Rufulla Kərimov, Ramiz Əsədov və Xaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadasına oyunun nəticəsini dəyişmək üçün rüşvət təklif edildiyi iddia olunur.