Dünyada yaşanan neft böhranının ayrı-ayrı ölkələrdə daha tez və kəskin şəkildə hansı sahəni vuracağı maraqla izlənən proseslərdəndir. Bir çox ölkələrin böhrandan qorunmaq üçün strateji saydıqları sahələri nəyin bahasına olursa-olsun qorumağa çalışacaqları sirr deyil. İndi hərənin başı öz hayına qarışdığından, biz də dünyanı bir kənara buraxaraq öz vəziyyətimizə nəzər salsaq, yaxşı olar. Dünyada yaşanan neft böhranının ayrı-ayrı ölkələrdə daha tez və kəskin şəkildə hansı sahəni vuracağı maraqla izlənən proseslərdəndir. Bir çox ölkələrin böhrandan qorunmaq üçün strateji saydıqları sahələri nəyin bahasına olursa-olsun qorumağa çalışacaqları sirr deyil. İndi hərənin başı öz hayına qarışdığından, biz də dünyanı bir kənara buraxaraq öz vəziyyətimizə nəzər salsaq, yaxşı olar.

Böhran Azərbaycan futbolunu “vuracaq“ - “Peraşki dövrü”nə qayıdış

Dünyada yaşanan neft böhranının ayrı-ayrı ölkələrdə daha tez və kəskin şəkildə hansı sahəni vuracağı maraqla izlənən proseslərdəndir. Bir çox ölkələrin böhrandan qorunmaq üçün strateji saydıqları sahələri nəyin bahasına olursa-olsun qorumağa çalışacaqları sirr deyil. İndi hərənin başı öz hayına qarışdığından, biz də dünyanı bir kənara buraxaraq öz vəziyyətimizə nəzər salsaq, yaxşı olar.

"Qafqazinfo" xəbər verir ki, artıq Azərbaycanda böhranın "ofsayd"a saldığı ilk sahə ölkə futboludur. Bir neçə il əvvəl "Bakı" klubunun sahibi Hafiz Məmmədovun biznesinin çöküşü ilə tarixin yaddaşına gömülən paytaxt klubunun taleyini indi bütün ölkə futbolunun yaşayacağı qaçılmazdır. Əslində baş verən çöküş məntiqə uyğundur.

Çünki, Azərbaycan bir futbol ölkəsi deyil və bu idman növünə maraq demək olar ki 0-a bərabərdir. Toplumun futbol oynamağa meylini, bu sahədə istedadını, bu günə kimi dünyanın heç bir orta səviyyəli klubunda azərbaycanlı futbolçununun oynamamasını nəzərə alsaq, belə demək olar ki, gələcək də də ölkəmizdə bu sahədən yüksək irəliləyiş gözləmək çətindir. Dünyada büdcəsini oyunçu yetişdirməkdən, satmaqdan, müxtəlif reklam çarxlarından qazanan klublar, futbolçular və hətta ölkələr olduğu halda bizdə futbolda lazımsız pullar axıdılır.

Ancaq görüntü xətrinə də olsa, ölkədə futbola maraq inzibati metodlarla yaradılmışdı. Ölkə çempionatı keçirlir və burada 10 klub birincilik ugrunda mübarizə aparırdı. Gəlin keçmişə baxaq 18. 16, 14, 12 və bu gün 10 klub. İstisna deyil ki, növbəti illərdə uçurumun dibinə doğru yuvarlanacağıq. Hətta hazırda Premyer Liqada qış fasiləsi olsa da, ikinci dövrəyə çıxmamaq ehtimalı ilə üz-üzə qalan komandalarımız var. Məsələn, "Rəvan" və "Xəzər Lənkəran"ın taleyinə hələ ki, aydınlıq gəlməyib.

Azərbaycanda futbol, "Xəzər Lənkəran"klubunun timsalında Mübariz Mənsimov kimi dünya səviyyəli iş adamınının öz qəpik-quruşundan ayırıb yaratdığı və uzaq hədəfələrə hesablanmayan, biznes perspektivi olmayan bir məşğuliyyət növüdür. Belə olmasaydı, çempionatın iddialı klublarından birinə çevirilən bu komada indi başlı-başına buraxılmazdı. Loru dillə desək, bu adamlar "kasıblayan" kimi futbolun başını buraxırlar... İndi durum o yerə çatıb ki, "Xəzər Lənkəran" adaşı olan dənizdə qəfil əsən güclü külək kimi gələn devalvasiyanın "qurbanı olub". Komandanı bütün oyunçular tərk edib və indi "Xəzər Lənkəran" qalıb Masallı uşaqlarının ümidinə qalıb...

Məqsədimiz Mənsimovu ittiham etmək deyil. Bizim xarakterimiz odur ki, hay güclü gələn kimi artıq xərc-xəsarət hesab etdiyimiz işləri təxirə salmaqla məşğul olaq. Maləsəf ki, görünən mənzərəyə görə indi bizdə əjdahanın ağzına ilk atılmalı olan perspektiv görmədiyimiz futboldu. İstisna deyil ki, "Qarabağ", "Qəbələ"ni də maliyyələşdirənlər Mənsimovun yolunu tutmasınlar.



Eyni durumu "Simurq", "İnter", "Neftçi", "Rəvan", AZAL-a da şamil etmək olar. Sonuncu 4 klub böyük itkilər hesabına bu fırtınadan canını qurtara bilsə də, "Simurq" burulğana düşüb "boğuldu".

Digərləri isə heyətdə olan legionerlərin əksəriyyəti ilə yollarını ayırdı. Niyə məhz əcnəbilər? Çünki legionerlər klublardan maaşlarını dollarla tələb edirdilər və müqavilələri belə imzalayırdılar.

Bundan ən çox əziyyət çəkən klub kimi "Xəzər Lənkəran"ı göstərmək olar. Çempionatımızın əvvəlki illərində mübarizəyə rəng qatan komanda dağılmaq təhlükəsi ilə üz-üzədir. 2014-2015 mövsümünə olduqca iddialı girən klub ilk yarıdan sonra futbolçulara daha az maaş qarşılığında oynamağı təklif etdi. Legionerlərdən 2-3 nəfər komandada qalmağı üstün tutsa da, digərləri ölkələrinə yollandı.

Klubdan FİFA-ya şikayət edənlər də az deyildi. Futbolçulara olan borclarını ödəməkdə çətinlik çəkən cənublulara ali futbol qurumu da ardıcıl "zərbələr endirdi". Qalin İvanov, Alvaro Silva, Renato Morreyra, Eder Bonfim kimi futbolçular məhkəmədə cənub təmsilçisinə qalib gəldilər. Hazırda lənkəranlıların bu 4 futbolçuya 600 min dollardan çox borcu var. Amma klub bu pulu ödəmək iqtidarında deyil. Onların çempionatın ikinci yarısına davam edib-etməyəcəyi də sual altındadır.

Problemlərin olduğunu klubun vitse-prezidenti Tuyqun Nadirov da Klublar Komitəsinin ötənilki son iclasından sonra açıqlamışdı:

"Mən demirəm ki, biz iddialı komanda quracağıq. Devalvasiya ilə bağlı vəziyyət hər kəsə bəllidir. Әfsuslar olsun ki, FİFA bizә müәyyәn cәrimәlәr kәsib. 3 futbolçuya görә bizim әsas borcumuz var. Renato Morreyra, Qalin İvanov vә Eder Bonfimә böyük pullar ödәmәliyik".

"İnter" də dolların manata nisbətdə daha çox bahalaşmasından çox əziyyət çəkdi. Məsələn, klub yüksək maaşa çıxış edən bütün futbolçuları ilə yollarını ayırdı və maksimum 5-7 min dollar arası maaşla çıxış edənlər klubda qaldı. Yeni cəlb olunan oyunçular da bu pula razılaşmalı idilər. Dolların bahalaşması və Cahangir Hacıyevin həbsi "bankirlər"ə ciddi təsir etdi. Hətta bir müddət maaşlar gecikdirildi. Futbolçular mətbuatda dəfələrlə bu barədə açıqlama verdilər. Klubdan göndərilən oyunçular isə FİFA-ya şikayət etdilər.

Nəticədə UEFA komandadan ayrılan futbolçulara verilməli olan borcların gecikdirilməsi halında paytaxt klubunun avrokuboklarda iştirakına qadağa qoyacaqları bildirdi. Bununla yanaşı 50 min dollar da qitə futbol qurumunun hesabına ödənilməlidir.

"İnter"ə yeni prezident təyin olunan Rəşad Qasımov da vəziyyəti düzəltməyə çalışdıqlarını bildirmişdi:

"Problemlər heç kimdən yan keçmir. Çalışacağıq ki, bundan sonra "İnter"də maliyyə problemi olmasın".



AZAL-da isə vəziyyət o yerə gəldi ki, klubun büdcəsi 10 dəfə azaldı. Futbolçulara 1000 manatdan artıq pul təklif edə bilməyən klub daha çox gənclərə güvəndi. Heyətdə bir neçə legioner olsa da, əcnəbilər istənilən səviyyədə oyun göstərə bilmirlər.

AZAL-ın vitse-prezidenti və KK-nın sədri Fikrət Hüseynov AZAL-da büdcəni azaltdıqlarını təsdiqləmişdi:

"Elə bir klub yoxdu ki, devalvasiyanın ona təsiri olmasın. Həmçinin AZAL-a da təsiri oldu. Amma biz bir il əvvəl strategiyamızı dəyişmişdik, komandanı cavanlaşırdıq, büdcəni bir az azaltdıq. Bu səbəbdən də inanmıram ki, devalvasiyadan sonra AZAL ağır zərbə alsın".

"Neftçi"də isə problemlərin üstünə problemlər gəldi. Çempionluq iddiasından əlini üzən klub rəhbərlikdə dəyişikliklərlə yanaşı komandanın sütunu sayılan bir neçə yerli və əcnəbi futbolçularla yolları ayırdı. Hansı ki, hər kəsə bəlli idi ki, bu futbolçular komandada daha çox maaş alanlardır. Flavinyo, Julius Vobay, Nikolas Kanales, Elvin Yunuszadə, Mirhüseyn Seyidov kimi oyunçular başqa klublara üz tutmalı oldu. Devalvasiyanın son təsirləri isə "ağ-qaralar"ın rəhbərliyinin dekabrda 2 dəyişik qərar verməsində daha çox hiss olundu.

İlboyu "Əsgər Abdullayev dekabra kimi baş məşqçidir, ondan sonra əcnəbi mütəxəssis gətirəcəyik" deyən Çingiz Abdullayevin "sözünü tuta bilməməsi" vəziyyətin hansı dərəcədə gərgin olduğunun göstəricisi idi. Elə Antalya toplanışından imtina edən paytaxt təmsilçisi böyük ehtimalla çempionatın ikinci yarısında ilk "4-lüy"ə düşmək uğrunda "çarpışacaq".

Elnur Məmmədov özü də vəziyyətin gərginliyini etiraf etmişdi:

"Klubun büdcәsi optimallaşdırılacaq. Tәbii ki, devalvasiya "Neftçi" üçün dә müәyyәn tәsirlәr yaradır. Hәr şey müzakirә olunacaq. Büdcә tam dәqiq olmalıdır. Xarici baş mәşqçi vә ya әcnәbi futbolçular gәlsәydi, onların da tәsiri olacaqdı. Devalvasiya olan gündәn büdcәni analiz edirik. Bu gün dә iclas olacaq. Bu heyәtdәki әcnәbi futbolçulara da tәsir edәcәk. Yeni baş mәşqçiyә gәlincә, xarici mәşqçinin gәtirilmәmәsinә devalvasiya da tәsir etdi" .

"Rəvan"ın vəziyyəti isə olduqca gərgindir. Son məlumatlara görə klub ikinci dövrəyə başlaya bilməyəcək.

"Qafqazinfo"nun məlumatına görə, hələ ki, devalvasiyaya baxmayaraq dik dura bilən "Qarabağ", "Qəbələ", "Kəpəz" və "Sumqayıt"ın gələcəkdə eyni aqibətlə üzləşə bilər. İlk iki klub öz əzəmətini qoruyub saxladı. AFFA-nın hesabına maliyyələşən "Kəpəz" və "Sumqayıt"ı isə Rövnəq Abdullayevin "kənar layihələr ləğv olunacaq" açıqlamasından sonra böyük təhlükə gözləyir.

Devalvasiya çempionatı təşkil edən və nəzarətçi rolunu oynayan PFL-ə də toxundu. Hər il yanvar ayında hakimlərin təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə aparan qurum bu dəfə fərqli qərar qəbul etdi. Bu toplanışdan imtina edildi. Ardınca isə PFL prezidenti Ramin Musayev klubların onlara borclarının olduğunu və bu pulları tezliklə verməyəcəkləri halda cəzalandırılacaqlarını bildirdi. Məsələ isə AFFA-da həll olunacaq. Mövsümün əvvəlində Topaz Premyer Liqasının yayım hüququnu "CBC Sport"a satan federasiya ordan qazanılan 700 min manatı klublar arasında bölə biləcəyini elan etmişdi. İndi klublara verilməli həmin pullar cərimələrin ödənilməsinə sərf edəcək.



Nəzərə alsaq ki, Azərbaycanda futbolun inkişafı ilə bağlı 2005-2015 ci illəri əhatə edən dövlət proqramı da təsdiqlənib. Və bu proqram çərçivəsində müəyyən işlər görülüb. Ölkədə bir neçə klub Avropa Liqasında qrup mərhələsinə qədər yüksələ bilib. Olimpiya stadionu inşa olundu. 2012-ci ildə U-17 qadınlar arasında dünya çempionatı Bakıda keçirildi. Bundan başqa bir sıra stadionlar tikildi və uşaq futboluna diqqət ayrıldı. Amma bütün bunları nəzər alsaq belə, futbolumuz üçün ciddi irəliləyiş gözə çarpmadı.

Yaranan mənzərə hər şeyi isbat edir. Getdikcə çempionat zəifləyir, klublar uçuruma yuvarlanır və ya məhv olub gedirlər. 2000-ci illərin əvvəlinə qədər olan vaxt futbolumuza "peraşki dövrü" kimi həkk olunub. Ümid edək ki, yenidən o vaxta qayıtmayacağıq...