Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin AzNews.az-a müsahibəsi: Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin AzNews.az-a müsahibəsi:

“Türkiyə Azərbaycanın Qərbə açılan qapısıdır” - Hamit Karadenizlə MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin AzNews.az-a müsahibəsi:

- Hamit bəy, bu gün Azərbaycan-Türkiyə münasibətləri nə yerdədir?

- Azərbaycan və Türkiyənin iki dövlət əlaqələrindən də o tərəfə bir qardaşlığı var. Şairin də dediyi kimi, “bir ananın iki oğlu, bir ağacın iki qolu”. Baxın, Azərbaycan-Türkiyə münasibətləri budur. Dövlətlərimizin tarixi, mədəniyyəti, kökü birdir. Aralarında heç bir problem olmayan, həm diplomatik, həm də dövlət münasibətləri olan, hər mövzuda çox rahat iki dövlətdir. Bu, həmişə belə olacaq və sizin kimi gənclər də olduğu müddətcə davam edəcək.

- Türkiyənin İzmir şəhərində açılmış “STAR” neft emalı zavodu ilə bağlı nə deyə bilərsiniz?

- Təbii ki, hər sahədə birliyimizi, gücümüzü göstərəcəyik. Həm iqtisadi cəhətdən, həm də digər mövzularda Azərbaycan-Türkiyə münasibətləri dünyaya nümunə olacaq. “STAR” neft emalı zavodunun açılması da bunun çox bariz göstəricisidir. Artıq dünya da bilir ki, Türkiyə Azərbaycanın Avropaya və Qərb ölkələrinə açılan qapısıdır. Məqsədimiz Azərbaycanın gücünü Türkiyə vasitəsilə dünyaya hiss etdirməkdir.

- Həm Türkiyə prezidentinin Azərbaycana, həm də Azərbaycan prezidentinin Türkiyəyə ard-arda səfərləri baş tutur. Bunu necə şərh edərdiniz?

- Bilirsiniz ki, Türkiyədə seçkilərin nəticəsində prezident seçiləndə ilk ziyarət etdiyi xarici ölkə Azərbaycandır. Eyni zamanda Azərbaycan prezidentinin də ilk səfəri Türkiyəyə olur. Bu, artıq o qədər irəli dərəcədə özünü hiss etdirir ki, millət, cəmiyyət buna öyrəşib və bunu gözləyir.

Pərvanə AĞAZADƏ
AzNews.az