Azərbaycan bir dövlət olaraq müstəqilliyini elan etdikdən sonra, ölkəmizi “marginal” bir bölgəyə çevirmək hədəfləri bir sıra xarici dövlətlərin hədəfində olması kimsəyə sirr deyil. Azərbaycan bir dövlət olaraq müstəqilliyini elan etdikdən sonra, ölkəmizi “marginal” bir bölgəyə çevirmək hədəfləri bir sıra xarici dövlətlərin hədəfində olması kimsəyə sirr deyil.

Tehran rejiminin “üzük qaşı” taktikası

Azərbaycan bir dövlət olaraq müstəqilliyini elan etdikdən sonra, ölkəmizi “marginal” bir bölgəyə çevirmək hədəfləri bir sıra xarici dövlətlərin hədəfində olması kimsəyə sirr deyil.

Elə qondarma “Dağlıq Qarabağ rejimi”nə dolayı dəstəyin verilməsi bu qlobal siyasətin əsas tərkib hissəsidir. Xüsusilə qonşu İran İslam Respublikasının Azərbaycan dövlətinə olan belə bir münasibəti ilk sırada yer tutur. Tehran rejimi mümkün qədər ölkəmizi “üzük qaşı” kimi əhatəyə almaq hərəfləri də bu məqsədə xidmət edir. Azərbaycanda dini, elmi, mədəni, ictimai, KİV-lər, təhsil ocaqları, ticarət və iqtisadi, digər sahələrdə “nəzarətə almaq” kimi çoxşaxəli modellərdən Tehran rejimi heç zaman geri addım atmaq fikrində olmayıb. Bu prosesdə dəhşət saçan amillərdən biri də Azərbaycan Respublikasında

1. Etnik separatizmi körükləmək,

2. Dövlət siyasətimizdə çatların yaradılması,

3. Mədəni, ideoloji, mənəvi ekspansiyası siyasətinin düsturlarına nail öndə gedən əsas hədəfdir.

“Parstoday” AİM-in təhrifləri nəyə xidmət edir?

2017-ci ildə Azərbaycan Respublikası prezidentinin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanında hər il keçirilən “Cənədiriyyə Festivalı”nda iştirak edibdir. Bu dövlət tədbiri hesab edildiyindən hər il dünyanın bir çox ölkələrindən mərasimdə rəsmi dövlət xadimləri iştirak edirlər. Bununla yanaşı, tədbir idman yarışlarından biri olduğu üçün, həm də dövlətlərarası münasibətlərin toplantı məkanı kimi də xarakterizə olunur.

“Parstoday” Əli Həsənovun festivalda iştirakını, keçirdiyi görüşləri, Səudiyyə Ərəbistanının nüfuzlu “Əl Arabiyyə” kanalına və “Əl Şərq əl Əvsat” qəzetinə verdiyi müsahibələri öz ənənəsinə sadiq qalaraq qısqanclıqla təhrif edir. Halbuki həmin müsahibədə bildirilmişdir ki: “Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən zəngin, güclü və nüfuzlu dövlətlərindən biridir. Bu ölkə iqtisadi gücünə, insan kapitalı potensialına, dini baxımdan geniş təsir dairəsi olan bir dövlətdir”.


C:\Users\User\Documents\xulase cari\cap\hasann-.jpg

“Parstoday” tərəfindən gündəmə gətirilən təhriflərdən biri də guya Səudiyyə Ərəbistanı və Azərbaycan Respublikası arasında KİV-lərin əməkdaşlığı məsələsində gizli anlaşmalar mövcuddur. Belə bir iddiada bulunmağın özü gülünc sayılır. Əgər iki ölkə arasında qarşılıqlı informasiya mübadiləsi mövcuddursa, həmin informasiyalar rəsmi şəkildə yayınlanırsa, bunun harası “gizli” hesab oluna bilər? “Əl Ərəbiyyə TV” kanalının tanınmış yazarı Hüda Hüseynin köşə yazısını da“Parstoday” təhrif edərək bildirir ki: “Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanın Kralı tərəfindən rəsmi səfərə dəvət edilməsinin ardından bu iki ölkə İrana qarşı birlikdə öz hədəflərini hərəkətə gətirməyə başlayıblar”.

Halbuki Azərbaycan Respublikası BMT-nin rəsmi şəkildə tanıdğı bütün dünya dövlətləri ilə qarşlıqlı əməkdaşlıq siyasətini yürüdür. Azərbaycan sadəcə neft-qaz ölkəsi kimi deyil, həm də qeyri neft sektorunun inkişafı istiqamətində atdığı səmərli addımlarla sadəcə ölkənin daxili resursları hesabına deyil, həm də dünyanın iri şirkətlərinin investisiya qoymasına imkanlar yaradılması sayəsində daha böyük uğurlar əldə etməsinə nail olmaq istəyir. Belə bir addımların atılmasında qəbahət aramaq tamamilə yalnış bir yanaşımdır.

Bəs nədən çamurlar atılır?

C:\Users\User\Documents\xulase cari\cap\hasann.JPG

Azərbaycan bir dövlət olaraq, Avropa ilə inteqrasiyaya üz tutduqda, İrandakı KİV-lər bir ağızdan: “Azərbaycan kafirlərlə qardaşlıq edir” deyə özünün təsir imkanları ilə ictimai fikri azdırmağa çalışır. Qonşu Rusiya ilə strateji müttəfiqlik istiqamətində addımlar atan kimi yenə də küfrlər yağdırılır: “Azərbaycan Moskvanın izni olmadan heç bir müstəqil addım ata bilmir”. Səudiyyə Ərəbistanı və ya digər müsəlman ölkələri ilə münaisbətləri sağlam bir məcrada inkişaf etdirmək üçün addımlar atanda: “Ay aman, Azərbaycan vəhabilərin, sələfilərin və daha kimlərin oylağına çevrilir. Bu nə siyasətdir? Azərbaycan bir şiə ölkəsidir və ona görə də ancaq İranın hökmləri ilə hərəkət etməlidir” tipli gərəksiz təbliğatlar gündəmə gətirilir.

Azərbaycan qardaş Türkiyə ilə əlaqələrini dərinləşdirən kimi: “Ay aman pantürkizm İrana qarşı tuşlanmış ən qorxulu silahdır” deyə daha qəddar şəkildə təbliğatlar gündəmi zəbt edir. Azərbaycanda çoxsaylı labirintli yönlü sosiallaşma siyasətini dərinləşdirməklə bu yöndə ölkə hakimiyyətinə təsir imkanları hədəflərini sərgiləyən Tehran rejimi sanmasın ki, ölkəmiz onun üçün Yəmən, Oman, Sudan, Livan, nə də Suriyadır. Ona görə də atdığı çamurların ictimai fikirdə dəyərinin olmadığını dərk etsə daha yaxşı olardı. Azərbaycan xalqının minillik dövlətçilik ənənəsi var. Müstəqil şəkildə tələb olunan addımların necə atılmasında müdrikcəsinə bütün bunları dərindən dərk edən dövlət xadimlərimiz vardır.

“Parstoday” və ona yandaşlıq edən Tehran rejiminin digər KİV-lərinin apardıqları bu təbliğatlarda Azərbaycanın dövlət müstəqilliyinin 28 ildir dönməz iradə ilə addım atması milli tariximizin son iki yüzildə əldə etdiyi ən böyük qürur mənbəyimizdir. Ötən 28 ildə bir çox nəsillər dəyişsə də, dövlətimizi etibarlı və dərin dövlətçilik siyasətimizin təməllərini quran müdrik dövlət xadimlərimizin sayəsində bu uğurları inkişaf etdirə bilirik. O da bəllidir ki, Azərbaycanın dövlət olaraq milli inkişaf vüsəti “İran-Ermənistan” əlaqələrinin zəifləməsinə səbəb olur. Bunun nəticəsi kimi Qarabağ probleminin həlli istiqamətində gözlənilən uğurlara imza atılması artıq an məsələsinə çevrilibdir. Tehranda yalnış bir steorotip mövcuddur ki, “Qarabağ düyünü” həll olunan kimi, Azərbaycan üzərindən Ermənistana və İrana qarşı genişmiqyaslı təbliğat vasitələri gücləndiriləcək. Bunun üçün Tehran rejimi hətta belə bir uydurma mövzunu dolayı yolla ifadə etməkdədir:

1. Cənubi Azərbaycan,

2. Türkiyə və Azərbaycan bir araya gələrək Ermənistanı tamamilə məhv edəcək.

Tehran rejimi bircə şeyi anlamalıdır ki, XXI əsrdə militarizm siyasəti yürütmək hər hansı dövlətin sonu deməkdir. Azərbaycan dövlətinin rəhbərliyi heç bir zaman bu avantüraya getməyəcək. Azərbaycan hər bir xalqın mədəni və maarifçilik hüquqlarını dərk etdiyi üçün mövcud poblemlərə bu aspektdən yanaşır. Tehran rejiminin bizlərə çamur atmasının mənasızlığı da bundan ibarətdir.

İranı narahat edən yeni səbəblər

Azərbaycan Respublikası hakimiyyəti ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində son illərdə bir sıra uğurlar əldə edib. Bunlardan biri yerli sənaye strukturlarının, istesalın gücləndirilməsi və turizmin inkişafıdır. Turizm inkişafı istiqamətində “Yol Xəritəsi”nin gündəmə gətirilməsi möhtəşəm adıdmlardan biridir. Azərbaycan Yaxın Şərq dövlətləri coğrafiyasında yerləşdiyi üçün, dini, mədəni və tarixi münasibətləri nəzərə alaraq, müsəlman ölkələri ilə bu istiqamətdə prioritet məsələləri asanlıqla həll etmək istedadını nümayiş etdirir. Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və digər ölkələrdən Azərbaycana turistlərin axını geniş vüsət alıb. Beləliklə, ölkəmizdə turizm sektoruna qoyulan investisiyaların həcmi sürətlə artmaqdadır. Həm də bu sektora daxili və xarici işadamları böyük həvəslə investisiya qoyurlar. Yaxın perspektivdə Livanın paytaxtı Beyrutda keçiriləcək “Ərəb Ölkələri Birliyi Palatası”nda turizm sektorunun inkişafı üçün Azərbaycan tərəfi çox böyük layihələrlə çıxış edəcəkdir. İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanı ötən illər ərzində Azərbaycanda 370 milyon dollar həcmində investisiya qoyub. 2018-ci ilin yanvar-noyabr ayları ərzində bu iki ölkə arasında ticarət əlaqələri ötən illərdən fərqli olaraq xeyli artıbdır. 2018-ci ildə dünyanın 195 ölkəsindən Azərbaycana toplam 2.63 milyon nəfər turist gəlibdir. Onlardan 2.7 fazi Səudiyyə Ərəbistanının vətəndaşlarıdır. Ötən ilin 11 ayında Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı 2.2 dəfə, Bəhreyndən 2.1 dəfə, Küveytdən 1.9 dəfə, Qətərdən 1.6 dəfə, İraqdan 10.4 faiz, Omandan 8.5 faiz artmışdır. Bu statistik rəqəmlər Azərbaycan üçün sıçrayışa bərabər addımdır. Deməli ölkəmizə Yaxın Şərq ölkələrində maraq ildən-ilə artmaqdadır. Bununla yanaşı, İrandan fərqli olaraq, beynəlxalq birlik tərəfindən Azərbaycan Respublikasına qarşı hər hansı sanksiya və ya embarqo tətbiq olunmayıb. Çünki Azərbaycan Yaxın Şərq və Qafqaz arealında ən sabit və əmin-amanlığı ilə tanınan bir dövlətdir. Bu uğurların əldə olunmasında dövlətimizin yeni texnologiyalara üz tutması müstəsna rol oynayır. Ölkə prezidenti və onun komandası məhz bu faktorlara görə uğurlar qazana bilirlər. Bütün bunları müşahidə edən Tehran rejimi və onun fitnə tribunası olan “Parstoday” dövlət xadimlərimizi hədəfə alaraq çamur atır.

Ə.Yusifoğlu