Dini inanc pərdəsi altında Tehran rejimi 28 ildir ki, istismar siyasətini aparır. Dini inanc pərdəsi altında Tehran rejimi 28 ildir ki, istismar siyasətini aparır.

Cənubdan gələn ideoloji müharibə

Dini inanc pərdəsi altında Tehran rejimi 28 ildir ki, istismar siyasətini aparır.

1978-ci il 23 Bəhmən İnqilabından sonra, iqtidara gələn molla rejimi 40 ildir İran İslam Respublikası adı altında Yaxın Şərq, Qafqaz və Orta Asiyada ekspansionist bir siyasət aparır. Bunun üçün hər hansı bir “qüsur” da görmür. Çünki, “İslam İnqilabı”nı ixrac etmək üçün dövlətin ali şurası da mövcuddur.

“Vilayəti Fəqih” strukturu məhz buna görə yaradılıb. Yəni islam dünyasında yeni teokrtatik xilafət düsturu yaradılmalı və Tehran üzərindən idarə olunmalıdır. Əfqanıstan, Tacikstan, Pakistan, İraq, Suriya, Oman, Yəmən, Küveyt, Bəhreyn, Türkiyə, Misir, Fələstin, İordaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Gürcüstan və digər dövlətlərdə Tehran rejiminə dayanıqlı şəkildə yaradılan dini-teokratik strukturlar bu amala xidmət edirlər. “Vilayəti Fəqih”in bu dövlətlərdə xüsusi nümayəndliklərinin yaradılması da İranın başlıca hədəfi deməkdir.

Azərbaycan Respublikasında təhdid taktikası

Ölkəmizdə dini inanc pərdəsi altında Tehran rejimi 28 ildir ki, istismar siyasətini aparır. Bu məqsədlə dini təhsil, inanc mərkəzləri, təbliğat vasitələri və digər strukturların belə bir məcrada fəaliyyəti bu faktlara sübutdur. Belə ki, muselmanlar.com, deyerler.org, islamazeri.com, hicabda.az, ahlibeyt.az, maide.az, dinimiz.az, zehra.az, ehlibeyt-nuru.ucoz.ru, ahliman.com, haqqyolu.com, sizinyol.com, islammektebi.org, zeka.az, zehranet.com, hilal.az, islaminsesi.az, faktxeber.com, noor.az, kovser.az, birlik.az, xeberman.com, zikr.az, dinimizislam.com, ixlas.az, ihq.az, hilal.az, fetva.313news.net, hicabli.az, yenisharq.org, qadirxum.azeriblog.com, islam-azeri.az, manevisafliq.org, sonumid.com, hz.mehdi.org, imammehdi.tk, islamtimes.org, take.az, azadxeber.com, al-shia.com, islamdini.azersayt.com, manevisafliq.org, ehliwie-samux.com, ehlibeytalimleri.com, nur-az.com, islamevi.az, ehlibeyt-aka.com, meneviyyat.az və digər onlarca sayda yaradılan bu informasiya mərkəzlərinin məqsədi heç də dini maarifçilik deyil, açıq şəkildə Tehran rejiminin strateji hədəflərini sərgiləyirlər. Bütün bunlar azmış, İran üzərindən Azərbaycan Respublikasına qarşı ideoloji, siyasi, dini və ictimai baxımdan təxribatlar törədən azeri.sahartv.ir, islamidavet.com, azl.abna24.com, leader.ir/az, boxca.com, qafqaz.ir/az, al-hasan.org, sq.iranalbania.ir, sistani.org, iqna.ir, az.islamic-sources.com, maaref.makarem.ir, duzduzani.ir/az, forooghetohid.com/az və başqa şəbəkələr gecə-gündüz bilmədən fəaliyyətlərini aparırlar. Faktiki olaraq, informasiya məkanında mümkün qədər öndə getmək taktikası ilə hərəkət edilir.

Azərbaycan Respublikasında Tehran rejimi tərəfindən din pərdəsi altında yaradılan bir çox sosial şəbəkələrin informasiya, təbliğat və ictimai fikrin formalaşması mənbələri bu çevrələrdən qaynaqlanır. Bütün bunlar ölkəmizin Konstitusiya quruluşunun dəyişilməsi və Tehran rejiminin “əlaltısı”na çevrilməyimiz üçündür. Həmin sosial strukturlarda radikal dini baxışlara malik olan qruplaşmalar din və siyasət məsələsini bir araya gətirmək üçün genişmiqyaslı təbliğatlara üz tutanda təbii olaraq, dövlətin müvafiq stukturları hərəkətə keçmək məcburiyyətində qalırlar. Demokratik və sivil qanunları rədd edənlərin qanun qarşısında cavcab verməsi hallarını dərhal Tehran rejimi “insan haqlarının müdafiəsi” adı altında dərhal hərəkətə keçir. Hətta səbatsız Azərbaycan müxalifətini həmin layihədə iştirakını dolayı yolla “təmin” edir. Dini mərasimlər adı ilə demək olar ki, əksər məscidlər, dini icmalar və cəmiyyətlərlə birlikdə həmin informasiya mərkəzləri hərəkətə keçirlər. Beləliklə kütləvi şəkildə ölkəmizdə “iranlılaşma”, “İranın bir parçası olmaq”, “Tehran rejiminin təsir vasitələrinin gücü” və sair təbliğatlar gücləndirlir. Azərbaycanın bir dövlət olaraq informasiya məkanında “söz sahibi” kimi hər kəsi inandırmağa çalışır.

Cənubi Azərbaycanda insan haqları problemi

“Beynəlxalq Şəffaflıq Təşkilatı”nın dünyada insan haqlarının pozulduğu və korrupsiya qayda-qanunları ilə idarə olunan 180 dövlətin siyahısında İran İslam Respublikasının 138-ci yerdə olması faktını dəlillərlə ortaya qoymuşdur. 2018-ci ildə dünyada ən çox insan haqlarının pozulduğu və korrupsiya çirkabına bulşamış ölkələr arasında Tehran rejimi müstəsna rol oynayır. Ölkənin şəffaf qanunlarla idarə olunmadığı, demokratiyanın üzünə hər addımda tüpürməsi faktı ortaya çıxıb. İran İslam Respublikasında ən çox hüquqları pozulan və qanunların ayaqlar altına atılaraq tapdalandığı tək məkan Cənubi Azərbaycandır. Burada insanlar ana dili hüquqlarının ölkə konstitusiyasının 15 və 19-cu maddələrinə uyğun olaraq tanınması məsələsini gündəmə gətirirlər. Tehran rejimi isə, bu vətənpərvər insanları “Türkiyənin cəsusu”, “İrqçi”, “İran rejiminin dövlət quruluşunu dəyişməkdə cəhd göstərmək”, “pantürkist”, “panturanist” və sair qondarma ittihamlarla həbsxanalara atır. Bütün bunlar azmış kimi cəzaevlərində bu insanlara bəşər tarixində görünməyən əzab və işgəncələr tətbiq olunur. Son aylar Abbas Lisani, Şahin Bərzgər, Səid Sadiqifər, Zəhra Nəvidpur, Məhəmməd Güneyli, Siyamək Mirzayi, Rəhim Qulami, Əli Vasiqi, Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Məhəmməd Dorosti, Əhməd Təqəvi, Mədinə (Ulduz) Qasimi, Cavad Əhmədi Yekanlı, Əmir Səttari, Əli Vasiqi və digər yüzlərlə gənc vətənpərvər soydaşlarımız qanunsuz yerə həbs olunublar. Onların hüquqlarını müdafiə edən “Beynəlxalq Əfv Təşkilatı”nın hesabatında bildirilir ki, Cənubi Azərbaycanda fəal gənclər yerli əhalinin tarixi baxımdan dəyər verdiyi “Babək Qalası”nı ziyarətə, ana dilində çap etdikləri və heç bir siyasi maraqlara xidmət etməyən, milli folklor nümunələri kitablarına görə həbs olunublar. Həbs olunanlar arasında 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulmasının (21 Azər Hərəkatı) ildönümü münasibətilə tədbir keçirənlərin sayı daha çoxdur. Halbuki, 21 Azər Hərəkatı Tehran rejimini 40 ildir idarə edən molla rejiminin də qarşı çıxdığı “Rza Pəhləvi despotizmi”nin devrilməsində yaxından iştirak edib. Cənubi Azərbaycanda insan haqlarının kobudcasına pozulmasının bir səbəbi də həbs olunanlarla bağlı “İslam İnqilabı Keşikçilər Korpusu” (“Sepah”) və
“Ettelat” idarəsinin yaxından iştirak etməsidir. Halbuki, mövcud qanuna görə, məhkəmə qərarları prokurorluğun və daxili işlər nazirliyinin hazırladığı dosye əsasında baş verir.

İran molla rejiminin Cənubi Azərbaycanda nümayiş etdirdiyi rəzalətin digər səbəbi isə, vətəndaşların dünyaya gələn körpələrə öz milli adlarının verilməsinin qarşısını kəskin şəkildə almasıdır. “Beynəlxalq Əfv Təşkilatı”nın hesabatında o da qeyd olunur ki, Cənubi Azərbaycanın Tikantəpə şəhərində Əli Hidayəti yenicə dünyaya gələn övladına türk dilində olan Onur adını vermək istəyib. 20 aylıq uşağa doğum şəhadətnaməsi verilmir. Çünki, köpənin atası israrla bildirir ki, övladının Onur adlandırmaq istəyir. Qeydiyyat İdarəsindən bildirirlər ki, islam qaydalarına görə müsəlman ailəsində uşağa belə bir ad qoymaq olmaz. O zaman Əli Hidayəti bildirib ki, İranın hər yerində Kaviyan, Daryuş, Kuruş, Firdovsi və digər minlərcə qədim fars adlarının islam dini ilə heç bir ilgisi yoxdur. Bəs nədən bu adların geniş yayılması üçün hökumət gözlərini yumur? O da bəllidir ki, son zamanlar Cənubi Azərbaycanda əhali yenicə dünyaya gələn övladlarına daha çox Alporhan, Şaman, Attila, Xaqan, Damla, Qaraoğlan, Altay, Atilay, Qönçə, Ulduz, Aydan, Ayla, Ayxan, Gündoğdu və başqa milli adları qoymaq üçün məhkəmələrlə savaşırlar.

Sonu tükənməyən “soyuq duş”

Tehran rejimi üzərindən Azərbaycan Respublikasına qarşı dini-teoloji proseslərlə yanaşı, həm də etnik separatizm siyasəti də son illərin acı gerçəklərindən biridir. Belə ki, Gilan vilayətinin Masal, Rəşt, Talış, Fumən, Rudbar, Əmləş, Lahican, Ləngərud, Siyahkəl, Şəft, Sara, Rizvanşəhr, Əşrəfiyyə rayonlarında Azərbaycan Respublikasına yönəlik “talış etnik separatizmi” ideyalarını körükləyən mərkəzlər yaradılmışdır. Bu məqsədlə təkcə İranda deyil, Rusiya Federasiyası, Ermənistan, Hollandiya və digər ölkələrdə talish.org, arannews.com, badkubeh.com, tolishstan.com, taleshi.irib.ir, parstoday.com, avestatalysh.wordpress.com və digər çoxsaylı informasiya strukturları yaradılıb.

Son vaxtlar adlarını tarixçi qoymuş və Tehran rejiminin xüsusi xidmət orqanlarının əməkdaşı olan mütəxəssislər Azərbaycan Respublikasında “irandilli xalqlar” proyekti əsasında araşdırmalar aparmağa başlamışlar. Əsas məqsəd ölkəmizdə sünki şəkildə “milli azlıqlar problemi” adı altında bir sıra hədəflərini sərgiləməkdir. Bunun üçün də

1. Din pərdəsi altında Azərbaycan Respublikasında mövqelərini gücləndirmək,

2. “İrandilli” və ya “farsdilli” xalqlar proyekti adı altında İranyönlü yeni sosial strukturlar yaratmaq,

3. “Farsdilli” və ya “irandilli” mədəniyyət, ədəbiyyat və digər mədəni təsisatların sayının artırılmasına nail olmaq,

5. Əldə edilən nəticələri Azərbaycan Respublikasının ümumi ortaq dəyərinə çevirmək,

5. Paniranizm və panfarsizmi bütün mövcud imkanlar çərçivəsində formalaşdırmaq kimi dərin hədəfləri sərgiləməyə çalışılır.

Tehran rejiminin Azərbaycana qarşı sərt şəkildə nümayiş etdirdiyi gizli mövzulardan biri də

a) Cənubi Azərbaycanla bağlı heç bir təsisatın olmaması,

b) Cənubi Azərbaycanda ekologiya, ana dili, milli mədəni təsisatlar, sosial-iqtisadi hüquqlar, insan haqlarının müdafiəsi, coğrafi məkanların farslaşdırılmasına qarşı etirazlar və digər aksiyaların qarşısının alınması,

c) Cənubi Azərbaycanla bağlı elmi, ədəbi, mədəni və digər sahələrdə kitabların nəşr edilməməsi,

d) Cənubi Azərbaycan termininin mümkün qədər ictimai xarakter daşımaması,

e) Cənubi Azərbaycan haqqında Bakıdakı İran səfirliyinin icazəsi ilə televizya və radio kanallarında məhdud dairədə proqramların yayınlanması,

g) Cənubi Azərbaycanla bağlı bütün tədbirlərin yasaq edilməsi və sairlər daxildir.

Beləliklə də, aydın olur ki, 28 ildir dövlət müstəqilliyini milli iradəyə çevirən Azərbaycan Respublikasını hər addımda Tehran rejimi görməzlikdən gəlməyə çalışır. Ona görə də daim ölkəmizin daxili işlərinə nüfuz etmək üçün dərin siyasətlər yürüdür.

Ə.Yusifoğlu