İran molla rejimi Sudan, İraq, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları Cənubi Qafqaza tətbiq etməyə başlayıb. İran molla rejimi Sudan, İraq, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları Cənubi Qafqaza tətbiq etməyə başlayıb.

Tehrandan idarə olunan “separatizm”in iki üzü

İran molla rejimi Sudan, İraq, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları Cənubi Qafqaza tətbiq etməyə başlayıb.

İran molla rejimi Azərbaycan Respublikasının daxilində sosial, ictimai və siyasi mənada iki istiqamətdə genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır. Bunlar:

1. Linqvistik azlıqlar üzərindən yönləndirilən separatist qrupların,

2. Dini baxımdan ölkənin konstitusion dövlət quruluşunu devirən çetelərin hərəkətə keçməsindən ibarətdir.

Bütün bunları nəzərə alaraq, Azərbaycanın daxilində və xaricində yeni informasiya savaşı strukturlarını da formalaşdırıb. Təəssüf ki, Tehran rejiminin “Cənubi Qafqaz masası”nın siyasi avantüra proyektlərinə cəlb olunan Azərbaycan Respublikası vətəndaşları bu prosesdə iştirak edirlər. Problemin əsas hədəfio ifrat dərəcədə Tehran rejiminin sərgilədiyi ideoloji konsepsiyalara inanaraq, dövlətə qarşı çıxan bir sıra çetelər aldandıqlarının fərqində deyillər.

“Dini separatizm”- Tehran rejiminin köhnə vərdişi

Bəziləri bu statistikanı öz ekspansiya siyasətləri üçün ciddi əsas hesab etməkdədir

Azərbaycana qarşı molla rejimi və Ermənistan birlikdə linqvistik azlıqları körükləməklə etnik separatizm adı altında qondarma “Dağlıq Qarabağ”, Tatistan, “Talışstan” və “Ləzgistan” ideyalarını təbliğ etməklə yanaşı, son illərdə bu istiqamətdə konfranslar keçiriblər. Bir sıra KİV-lər , eləcə də sosial şəbəkələrdə müxtəlif səhifələr yaradıblar. Bütün bunlar azmış kimi, paralel şəkildə “İran yönlü dini şəbəkələr” qurublar. Son 20 ildə bu prosesin canlandırılması üçün mövhumatçı zəka ilə dərin siyasət yürüdür. Belə ki, Azərbaycanın məscidlərində savadsız dindarlarla işbirliyi qurularaq, “çevrə düsturu” formalaşdırılıb. İran molla rejimi Sudan, İraq, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları Cənubi Qafqaza tətbiq etməyə başlayıb. Azərbaycan, Gürcüstan və Dağıstandakı fəaliyyətləri buna örnəkdir. Bütün bunlar Tehrandakı “Vilayəti Fəqih” (Dünya Müsəlmanlarının Ali Dini Lideri) adlı qondarma strukturun əli ilə həyata keçirilir. 1995-ci ildə Türkiyənin paytaxtı Ankarada “Vilayəti-Fəqih”in nümayəndəliyinin başçısı Ayətullah Sabir Həmədaninin idarə etdiyi bir məscidin minbərində İran xüsusi xidmət orqanlarına aid kəşfiyyat-informasiya mərkəzinə bağlı çoxlu sayda texniki avadanlıqlar yerli polis tərəfindən müsadirə olundu. Aradan bir il ötməmiş Sabir Həmədani “Vilayəti Fəqih”in Azərbaycanda xüsusi nümayəndəsi təyin edildi.

Bakıdakı Hüseyn Cavid prospektində köhnə bazarın (Space TV ilə üzbəüz) arxasında böyük bir binanı kirayələyərək indi ölkəmizdə baş qaldıran “dini separatizm” ideyasının təməlini qurdu. Onun təqdimatı ilə İranın bir sıra dini mərkəzlərinə gənclərin təhsil alması proyektləri həyata keçirildi. Qum, Məşhəd, İsfəhan, Kirman, Yəzd, Şiraz, Tehran, Masal və şəhərlədəki xüsusi düşərgələrdə həmin gənclərin din pərdəsi altında “paniranizm” və “panfarsizm” ideyası ilə beyinləri yuyuldu. Bu gün Fələstin, Suriya, İraq, Türkiyə, Oman, Yəmən, Bəhreyn, Küveyt, İordaniya və digər müsəlman ölkələrində baş verən vətəndaş müharibələrin, dini təriqətlər arasında yaşanılan silahlı qarşıdurmaların təməlində İranda dini təhsil almış çetelər durur. Həmin siyasəti Qafqaza transfer etmək üçün İran molla rejimi bir sıra strukturlar yaratmağa başlayıb. Bu, demokratik qanunlara və vətəndaş cəmiyyəti ideyasına qarşı çıxan zümrənin hərəkətə keçməsidir. Onların məqsədi ölkəmizin konstitusion dövlət quruluşunu dəyişməyə yönəlmiş strategiyadan yararlanmağa çalışırlar.

“Nardaran işi” təcrübəsi

1978-ci ildən Suriya, İraq, Küveyt, Fələstin, Livan, Yəmən və digər dövlətlərdə yerli hakimiyyətlərə qarşı əlində silah döyüşən, konstitusion qanunların dəyişdirilməsi üçün ideoloji təbliğatlar aparan güclər İran molla rejimi tərəfindən idarə olunub. “Hizbullah”, “Husilər Hərəkatı”, “Cundullah”, “Əlcəzair İslam Qrupu”, “Fələstin İslami Cihad”, “HƏMAS”, “FƏTH-Fələstin Milli Azadlıq Hərəkatı”, “Suriya İslami Cəbhəsi”, “Mehdi Ordusu”, “Qüds Hərəkatı”, “Zeydilər Hərəkatı”, “Bəsicilər- Mustəzaafin Hərəkatı”, “Əhrar ən Nəcran”, “Livan Ali Dini Şurası”, “Dəva”, “Bədr Hərəkatı”, “LƏFA-Liva Əbu əl Fədl Abbas Hərəkatı”, “Əsaib Əhl əl Həqq Hərəkatı”, “Kətaibi Hizbollah”, “Kətaib Səid əl Şühadə”, “Əl Qüds”, “Fəvc əl İmam əl Huca”, “Əl halibun: Saraya əl Müqəvəmə əl İslamiyyə fi Suriyə”, “Cund əl Məhdi”, “Ər-Risalə əl-İslamiyə”, “Ət Təuyiə əl-İslamiyə” və digər qurumların fəaliyyəti buna sübutdur.

Yaxın Şərqdə bir sıra terror siyasətləri məhz həmin təşkilatların vasitəsilə həyata keçirilir. Tehran rejimi bütün bunları Azərbaycana tətbiq etmək üçün 1990-cı illərin başlanğıcında yaranan “Azad Dindarlar Cəmiyyəti”ni ələ alaraq, “AİP-Azərbaycan İslam Partiyası”nı yaratdı. 1995-1997-ci illərdə AİP lideri Əlikram Əliyev və silahdaşlarının Ali Məhkəmədə “xarici ölkəyə cəsusluq” əməllərinə görə ittiham olunan zaman Tehran rejiminə işlədikləri faktlarla sübut olunmuşdu. Məhkəmədə Azərbaycanın xüsusi xidmət orqanlarının əldə etdikləri videoda sübut olundu ki, Qarabağ müharibəsi zamanı İran molla rejimi AİP-in əli ilə döyüş bölgələrindəki hərbi sirləri videoya çəkərək İrəvana ötürürmüş. Qarabağ müharibəsində uduzduğumuz mövqelərə görə AİP-in cinayət əməllərinin miqyası hüdudsuzdur. Haqlı olaraq məhkəmə AİP cəsuslarına ən ağır hökmü verdi. Bu gün yenidən AİP-i hərəkətə gətirərək Tehran rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməyə başlayıb. “Qarabağın Uğrunda İslami Müqavimət Hərəkat”ı, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi), “Əhli Beyt Cəmiyyəti”, “Birlik” Dini Maarifçilik Təşkilatı, “Kövsər” Cəmiyyəti, “İslamçıların Hüquqlarını Müdafiə Mərkəzi”, “İkmal” Gənclər Təşkilatı və digər onlarca sayda strukturları yaratmaqla Tehran rejimi Azərbaycanın daxili işlərinə müdaxilə taktikası ilə hərəkət edir. Bunu isbatlamaq o qədər də çətin deyil.

Azərbaycanın konstitusion dövlət quruluşunun dəyişdirilməsi üçün özəl hərəkat yaratmaqda suçlanan Taleh Bağırovun hüquqlarının qorunması ilə bağlı İraqda radikal dini cərəyan kimi tanınan “Nücəba” Müqavimət Hərəkatı, Tehrandan idarə olunan “İraq Alimləri Şurası”, “İran Universitetləri Müsəlman Tələbə Birliyi”, “Vəhdət Təhkimi”, “İslami Camiə Qurumu”, “Peyam Nur Universiteti Tələbə Birliyi”, “Azad İslam Universiteti Tələbə Birliyi”, “Əz Zəhra Universiteti İslamçı Tələbə Birliyi”, “Hörmüzgan Universiteti İslamçı Tələbə Birliyi”, “İmam Xomeyni Beynəlxalq Universiteti İslamçı Tələbə Birliyi”, “Əmir Kəbir Universiteti İslamçı Tələbə Birliyi”, “Şəriəti İnstitutu İslamçı Tələbə Birliyi” və toplam 14 universitet tələbə təşkilatları Tehran rejiminin sifarişi ilə hərəkətə keçərək Taleh Bağırovun hüquqlarını “müdafiəyə” qalxıblar. Qərbçilərin Mehman Hüseynov üzərindən oynadığı oyunu indi də Leyla Yunus kimi qrant dəllalları və dini radikallara birləşərək Taleh Bağırzadə üzərindən oynamaq istəyirlər..

İran molla rejiminin “ağır artilleriya” hədəfləri

Son bir ildə İraq, Suriya, Yəmən, Əlcəzair, Gürcüstan, Oman, Sudan və Ərəb körfəzi ölkələrində azacıq da olsa üstün mövqelərə çıxan Tehran rejimi bu dəfə üzünü Azərbaycana yönəldib. Ölkəmizə təzyiq metodunu işə salmağı hədəf seçib. Belə ki, Yaxın Şərqdəki Qərbin koalisiya qüvvələri bir qədər fərqli mövqe tutmaq taktikasını həyata keçirirlər. Bu, bölgədə vətəndaş cəmiyyətlərinin qurulması deməkdir. Uzun illər ifrat diktator rejimlərinin zülmü altında inləyən Yaxın Şərq ölkələrində artıq bu proses canlanmaqdadır. Əlcəzair, Misir, İraq, Tunis və digər ölkələr buna örnəkdir. Tehran rejimi bu prosesdə öz mənfəətlərini irəli sürərək “Qərbin geri çəkilməsi” kimi davranışlar nümayiş etdirir. Buna görə də radikal mövqe ilə çıxış edir. Azərbaycanda “islamçı məhbusların azadlığı” adı altında cəsuslarının müdafiəsini təşkil etməsi buna örnəkdir. Mövsüm Səmədov, Taleh Bağırov və digərlərinin adlarını qopdarma “siyasi məhbus siyahısı”na salmaq üçün müxalifət partiyalarına külli miqdarda maliyyə dəstəyi də verib. Hədəf 55 nəfər islamçı məhbusu dərhal azadlığa buraxdırmaqdır.
Tehran rejiminin Azərbaycandakı mövhumatçı baxışlara malik dindarlara teokratik “dini rütbələr”in verilməsidir. “Mərceyi təqlid” hədəfləri ilə siqqətülislam, höccətülislam, müctəhid, mövləvi, müdərris, mühəddis, müxtəsib, şeyx, müəzzin, nücabə, şeyxülislam, hafiz və digər ayamalar sayəsində cəmiyyətin başında hədəflərini rəsmiləşdirmək üçün bir sıra addımlar atmağa hazırlaşır.

Bu taktikadan uzun illərdir Yaxın Şərq ölkələrində istifadə edir. Tehran rejimi Taleh Bağırovun timsalında “Müsəlman Birliyi Hərəkatı”nı yaratmaqla “Livan modeli”ni tətbiq etməyi hədəf seçib. 2013-cü ildə o həbsdən çıxan kimi “Müsəlman Birliyi Hərəkatı”nı İran ayətullahlarının “xeyir-duası” ilə yaradaraq İraq, Suriya, Fələstin və Livanda olduğu kimi bütün məscidlərdə görüşlər keçirərək əhalinin mövhumatçı dindarlarını öz tərəfinə çəkməklə hakimiyyətə gəlməyi və konstitusion quruluşu dəyişməyi hədəf seçmişdi. Dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, Taleh Bağırov öz mövqeyindən geri çəkilmək fikrində olmadığını nümayiş etdirdi. 2016-cı ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun araşdırmaları nəticəsində bəlli olmuşdur ki, Taleh Bağırov 68 nəfər tərəfdarı ilə demokratik dövlət modelini dəyişdmək və “şəriət” qanunları idarə olunan rejim qurmağı hədəf seçibdir. Aparılan araşdırmalar nəticəsində bəlli olubdur ki, onun tərəfdarları həm də gizli silahlı qruplar yaradıblar. Bu mənzərə eynilə Tehran rejimi tərəfindən idarə olunan Yaxın Şərq ölkələrindəki radikal cərəyanların taktikasının təkrarı idi. Bütün bunlarla kifayətlənməyən Taleh Bağırov həm də radikal dindar qruplarını ədəbiyyatla təmin edirmiş. Həmin əsərlər Tehrandakı terror siyasətini yürüdən cihadçı ideoloqların kitablarından ibarət idi. Bütün bunlar sübut edir ki, Tehran molla rejimi dini, milli azlıqların hüquqları və digər sahələrdə Ermənistanla eyni siyasi prosesdə iştirak edir.

Ə. Yusifoğlu