Bu gün mühacirətdə qondarma “TMMH”-ni yaradanların apardıqları təbliğatlar da məhz dövlətçiliyə qarşı qəsdin yanında yer aldığının təsdiqidir. Bu gün mühacirətdə qondarma “TMMH”-ni yaradanların apardıqları təbliğatlar da məhz dövlətçiliyə qarşı qəsdin yanında yer aldığının təsdiqidir.

Separatçılar AzNews.az saytına hücum etdi

Bu gün mühacirətdə qondarma “TMMH”-ni yaradanların apardıqları təbliğatlar da məhz dövlətçiliyə qarşı qəsdin yanında yer aldığının təsdiqidir.

11 fevral tarixində “AZNEWS.AZ” saytının araşdırmaları nəticəsində qondarma “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) adlı qrupun Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı “separatçı” siyasətin tərkib hissəsi olması əsaslı dəlillərlə ortaya qoyulmuşdu. Bizim sübut və dəlillərlə ortaya qoyduğumuz təhlilə qarşı dərhal separatçı təbliğatı aparan çevrələr sosial şəbəkələrdə hərəkətə keçdilər. Çünki

“Aznews.az” portalının araşdırmasında hədəfi “qızıl onluğa” vura bilmişdir.

Hədəflərin ünvanı doğru olanda

Azərbaycan Respublikasına qarşı etnik separatizm siyasətinin İrandakı bəzi dairələr və Ermənistan üzərindən yönləndirilməsi bizim üçün nə köhnə, nə də yeni xəbərə deyil. Bu istiqamətdə faktları açıqlasaq, cild-cild sənədlər ortaya çıxar. Təkcə bir neçə faktı sadalamaqla Azərbaycan Respublikasına qarşı yönləndirilən gerçəkləri hər kəs aydın şəkildə görə bilər.

İrəvandakı “Erməni-Slavyan Universiteti”nin şəqrşünaslıq fakültəsinin nəzdində yaradılan “İranşünaslıq bölümü”nün bir qolu olan “Talış Araşdırmaları Mərkəzi”nin rəhbəri Qarnik Asatryan dəfələrlə İranın Tehran, Masal, Rəşt, İsfəhan, Mazəndaran və digər şəhərlərində, eləcə də Rusiyanın paytaxtı Moskvada bu sahədə elmi məruzələr edərək bir sıra təkliflər irəli sürmüşdür.

İran İslam Respublikası xüsusi xidmət orqanlarına məxsus “Qafqaz Masası”na məxsus “qafqaz.ir” saytının araşdırmalarında sərgilənən xəritələrdə yer alan başlıca mövzular Azərbaycan Respublikasının tərkibində “etnik azlıqların coğrafiyası” əsas məsələ kimi daim süni şəkildə qabardılıbdır. Bundan əlavə, Ermənistan və İranın elmi mərkəzlərində Azərbaycan Respublikasına qarşı böhtanlar dolusu mövzuların daha çox qabardılması kimsəyə sirr deyil. Həmin böhtanlarda süni şəkildə “Talışstan”, “DQR”, “Ləzgistan”, “Avarstan”, “Qırmızı Kürdüstan”, “Tat” respublikaların yaradılması ideyası təbliğ olunub. Azərbaycan Respublikasının Konstitusiyasının dəyişdirilməsi və faktiki olaraq, dövlət çevrilişinə qəsd tipli ideyalar ortaya atılıbdır.

Bu gün mühacirətdə qondarma “TMMH”-ni yaradanların apardıqları təbliğatlar da məhz dövlətçiliyə qarşı qəsdin yanında yer aldığının təsdiqidir. Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı “etnik təmizləmə”, “Dağlıq Qarabağ” probleminin həllinə mane olmağa hesablanmış hədəflərini bu gün qondarma “TMMH” adlı qruplaşma da həyata keçirməyi planlaşdırıbdır. Hətta məqsədlərini gizlətmirlər də. “TMMH” ideyasını müdafiə edən çevrələrin İrəvan və Tehran səfərləri də danılmaz faktdır. Xankəndi üzərindən Azərbaycana qarşı “Ozodə Tolışıstoni Sədo” radiosunun yayımında yer alan mövzular, kanaldakı çıxışların İran və Ermənistan “alimləri”nin(kəşfiyyat mütəxəssislərinin) birgə hazırladıqlarına da kimsənin şübhəsi yoxdur.

“Aznews.az” saytını suçlayan qondarma “TMMH” özü də bilmədən quyruğunun tapdalandığını etiraf edir. “TMMH” və yandaşları Ermənistanla bir sırada durduqlarını etiraf edirlər. Molla rejiminin dəstək verdiyi, hər il Gilan vilayətinin Masal rayonunda keçirilən “talış araşdırmaları beynəlxalq konfransı”nın materialları da sübut edir ki, qondarma “TMMH” məhz həmin konfransın ideyaları əsasında yaradılıb. Bu ssenarinin əsas müəllifi isə Ermənistan xüsusi xidmət orqanlarıdır. Belarusda “Talış Akademiyası”nın elan olunması, Norveçdə “TMMH”-nin təsis edilməsi, Moskvada “Talış Milli Hərəkatı”nın yaradılması, İrəvanda “Talışstan Araşdırma Mərkəzi”nin qurulması, İranın Gilan vilayətində bir sıra mərkəzlərin fəaliyyəti bütün bunların hansı hədəflərə tuşlandığına açıq şəkildə işarədir.

Qondarma “TMMH”nin hədəfləri

12 fevral 2019-cu il tarixdə AZNEWS.AZ saytına qarşı tolishstan.com saytında iri həcmli məqalə dərc olunub. Bütün bunlar azmış kimi facebook.com sosial şəbəkəsində etnik separatizmi körükləyən və bu ideyaya dəstək verənlər də hərəkətə keçərək həmin məqaləni yayıblar. Faktiki olaraq, “tolishstan.com” saytında gedən informasiyalar və araşdırmalar Ermənistanın Azərbaycan Respublikasına qarşı illərdir apardığı təbliğatlarla eyni cərgədə yer alır. Azərbaycan Ermənistanın təbliğat maşınına qarşı nə qədər səbrli və dözümlü iradə sərgiləsə də, onlar qondarma “DQR” rejiminin qorunub saxlanılması üçün bütün fitnə-fəsadlarından bir addım belə geri çəkilməyiblər. Bu ssenariyə digər “etnik separatizm” cərəyanlarını cəlb etməklə yanaşı, qondarma “TMMH” tipli qruplardan yararlanmağa çalışırlar. “AZNEWS.AZ” saytı məhz bu faktları incələyərək onların antidövlət mahiyyətini ortaya qoymuşdur.

“TMMH” və müxalifətin uzlaşması ideyasına əsil sübut

14 fevral 2019-cu il tarixdə Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən insidentə qarşı hər iki xalqın nümayəndələri sərt şəkildə çıxdılar. Bu hadisənin ardında duran “üçüncü tərəf”in olduğuna dolayı yolla eyhamlar vuruldu. Hətta diasporla yanaşı, dövlət rəsmiləri də bu hadisəyə görə münasibətlərini açıqladılar. Mümkün qədər bu iftiranın və ssenarinin qarşısını alınmasında bütün səylər göstərildi. Çeçenistanın və Azərbaycanın nüfuzlu dövlət və ictimai xadimləri süni şəkildə qabardılan bu informasiya savaşının qarşısını vaxtında ala bildilər.

Ancaq, bu olayı daha da şişirtmək, məsələni “azərbaycanlı-çeçen qarşıdurması” kimi ortaya atmaqla yanaşı, həm də “sünni-şiə qarşıdurması” kimi təbliğ etmək üçün bəzi qara qüvvələr də hərəkətə keçdilər. Belə ki, separatizmi ideyalarını təbliğ edən “TMV1 TV” youtube sosial şəbəkəsi dərhal video süjetlər yayıb məsələni “sünni-şiə” qarşıdurmasına çevirməyə cəhdlər etdi. Bu məsələdə sələfi çeçenlərin axmaqcasına etdikləri çıxışları “TMV1 TV” kanalı geniş şəkildə reklam etməyə başladı. Hətta separatizm ideyalarını təbliğ edən bir sıra sosial şəbəkələr də bu təbliğatlarda yer aldılar. Onu da qeyd edək ki, həmin video süjetlərdə radikal sələfi çeçenlərin azərbaycanlıları hər yerdə öldürmək və terror etmək çağırışları yayılıbdır.

Ancaq, youtube.com sosial şəbəkəsində “TMV1 TV” kanalına məxsus profildə maraqlı doğuran hallardan biri də “Azadlıq” qəzeti, “Hamam Times TV”, “Meydan TV”, “ABA TV” tipli müxalifətə məxsus internet video kanallarının reklamları da yerləşdiriliməsidir.

Biz müxalifətin separatçılarla bir sırada yer aldıqlarını deyəndə bu faktlara söykənərək fikrimizi ifadə edirik. Müxalifətin bir araya gəldiyi “Milli Şura”nın mitinqlərində, eləcə də onlara məxsus sosial şəbəkələrdə Azərbaycan Respublikasının Konstitusiyasını dəyişdirərək “şəriət dövləti”ni yaratmaq üçün silahlı qruplar yaratmaq maddəsi ilə həbs olunanları “siyasi məhbus” elan etməsi başlıca faktlardan biridir. “TMMH” tərəfindən son günlər “məhbus islamçıların hüquqlarının müdafiəsi” aksiyasının keçirilməsi, müxalifətlə yanaşı beynəlxalq təşkilatlara olunan müraciətlər də isbat edir ki, hər iki cinah eyni siyasi mövqeyi nümayiş etdirir.

Azərbaycan dövlətinə qarşı “küncə sıxışdırmaq” tipli siyasəti yürüdən güclər, onların yedəyində gedən “etnik separatizm”i körükləyənlər unudurlar ki, bu günkü tarix nə 1993-cü illə, nə də inkişaf etməmiş dövlətlərdə olduğu kimi gündə bir “dövlət çevrilişi” cəhdləri ilə ölçmək qeyri mümkündür. İnkişaf etmiş ölkələrdə bu niyyətlər heç zaman baş tutmur. Ona görə ki, dövlət və hakimiyyət sağlam əllərdə olur.

Ə.Yusifoğlu