Ermənistan istənilən iftira və böhtanları atmaq üçün “Fəxrəddin Abbasovun müdafiəsinin kolasiyası” hərəkatını yaratmağı planlaşdırıb. Ermənistan istənilən iftira və böhtanları atmaq üçün “Fəxrəddin Abbasovun müdafiəsinin kolasiyası” hərəkatını yaratmağı planlaşdırıb.

Vətən düşmənləri “Vətən xaini” üçün müdafiə koalisiyası qurur

Ermənistan istənilən iftira və böhtanları atmaq üçün “Fəxrəddin Abbasovun müdafiəsinin kolasiyası” hərəkatını yaratmağı planlaşdırıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çağırışlar edən, etnik ədavəti qızışıdırıcı təbliğatlar aparan və bu gün həbs edilən Fəxrəddin Abbasovun “hüquqlarının müdafiə olunması” üçün “antiAzərbaycan koalisiyası” dərhal hərəkətə keçibdir. Bu siyahıda hər dəfə olduğu kimi, Ermənistan xüsusi sidmərt orqanlarının nəzarətində olan KİV-lər daha da fəallaşıblar. “Yerkramas” qəzeti və onun internet resursu kimi tanınan “yerkramas.org”da İrəvan Dövlət Universiteti Şərqşünaslıq fatülkəsinin nəzdində yaradılmış Araşdırma Mərkəzinin rəhbəri Harnik Asatryan müsahibəsində bunları açıqlayıb: “Fəxrəddin Abbasov mənim çox yaxın dostumdur. Onunla qürur duyuram. Biz onun beynəlxalq səviyyədə hüquqlarını müdafiəsini təşkil etmək üçün zəruri addımları atacağıq. “Petisiya” aksiyasını sonacan davam etdirəcəyik. Fəxrəddin Abbasovun uzun zamandır Ermənistan mətbuatındakı yazıları ilə erməni xalqının ruh mənbəyinə çevrilmişdi. İndicə Əlikram Hümbətovun və yaxın siladaşı Rəhim Mirzəzyevin göndərdikləri bəyanatı oxudum. Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsi istiqamətində atılacaq addımları indidən alqışlayıram”.

Mənbə: http://www.yerkramas.org/article/147993/ideolog-v-tyurme-chest---protiv-podlosti--razum---protiv-illyuzij

Dağıstandakı hədyanlar

Mahaçqalada dərc olunan “Nastoyaşee Vremya” qəzetinin son sayında Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsi ilə bağlı silsilə yazılar çap olunacağını elan edib.

Qeyd edək ki, bu qəzet uzun illərdir Azərbaycan Respublikasına qarşı “azlıqlar”ın hüquqlarının müdafiəsi adı altında sicilləmə dezolarla çıxış edir. Bəzən də bu qəzetdə gedən yalnış informasiya və analitik yazılara “obıvatel” səviyyəsində inanırlar da tapılır. Azərbaycan və Dağıstan xalqlarının sarsılmaz dostluq tellərinə daim kölgə salan bu mətbu orqanda hər hansı provakativ yazı dərhal Ermənistan mətbuatında da xüsusi qaydada tirajlanır. Fəxrəddin Abbasovla bağlı son məqalə dərhal Azadlıq radiosunun layihəsi olan “currenttime.tv” və “aravot-ru.am” internet resursları təbliğata çeviriblər.

Mənbə:currenttime.tv/a/azerbaijani-opposition-detention/29796368.html

aravot-ru.am/2019/03/01/299488/

“Azadlıq” radiosunun yalnışlıqları

“Azadlıq” radiosunun rus və erməni redaksiyaları son bir həftədə Fəxrəddin Abbasovu müdafiə xarakterli reportajlar gündəmə gətirməyə başlayıblar. Həmin yazılardan belə çıxır ki, Cənubi Qafqazda etnik separatizm kursu ilə fəaliyyət göstərənləri tənqid etmək, cinayət əməllərinə görə onları həbs etmək olmaz. Bu gün ABŞ-da və ya Avropanın hər hansı bir ölkəsində etnik separatizmi təbliğ edənlərin başını tumarlayırlarmı? Bu suala “Azadlıq” radiosu lütfən cavab versə daha yaxşı olardı.

“Azadlıq” radiosunun xüsusi reportajlarında saxtakarcasına həyəcan təbili çalınaraq qeyd olunur ki: “Fəxrəddin Abbasovu Azərbaycanın həbsxanalarında ölüm təhlükəsi gözləyir. Buna görə də onun hüquqları fəal şəkildə müdafiə olunmalıdır”.

Moskvada yaşayan və uzun illərdir Fəxrəddin Abbasovun “sağ əli” hesab olunan İdrak Mirzəlizadə “Azadlıq” radiosuna müsahibə verərək bunları deyib: “O, siyasi əqidəsinə görə həbs olunduğu üçün, “siyasi məhbus” adlandırmaq daha doğru addımdır”.

“Azadlıq” radiosuna müsahibə verən, Sankt-Peterburqda yaşayan Vüqar Cəngəl cəngəllik qanunlarının psixologiyasının təsiri altındaymış kimi bu faktı önə çəkməyi vacib bilir: “Biz Qarabağda ermənilərin “Artsax” dövlətini qurmasına normal baxırıq”.

Mənbə: https://www.svoboda.org/a/29596051.html

İrəvanın qorxusu

Fəxrəddin Abbasovun 1993-cü ildən indiyə kimi Azərbaycan dövlətçiliyi əleyhində atdığı addımların arxasında heç şübhəsiz Ermənistanın xüsusi xidmət orqanlarının dayandığı bəllidir. Buna görə də, onun həbsindən sonra, demək olar ki, bütün erməni KİV-ləri bir ağızdan Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsinə qalxıblar.

Mənbə: http://voskanapat.info/?p=34806&l=ru

https://kavkazgeoclub.ru/content/vydacha-fahraddina-aboszoda-v-azerbaydzhan-nedopustima

https://arcakh24.info/tag/7916-1981/

http://www.yerkir.am/ru/news/view/156731.html

https://www.tert.am/ru/news/2014/08/15/aliyev-authoritarian/1166305

https://www.panorama.am/ru/news/2017/04/18/Фахраддин-Абосзода-Азербайджан-талыши/1763420

https://artsakhpress.am/rus/news/4085/azerbaiydzhan-gorech-neopravdanniykh-ozhidaniiy---fakhraddin-aboszoda.html

http://noev-kovcheg.ru/search.php?q=%D4%E0%F5%F0%E0%E4%E4%E8%ED+%C0%E1%EE%F1%E7%EE%E4%E0&type=all

https://kavkazgeoclub.ru/content/vydacha-fahraddina-aboszoda-v-azerbaydzhan-nedopustima

Və digər onlarca qəzet, internet resursu, informasiya agentlikləri sanki bir ağızdan eyni mahnının nəqəratını oxuyurlar. Faktiki olaraq bu KİV-lərdə Fəxrəddin Abbasovu süni şəkildə “görkəmli siyasi-ictimai xadim”, “fəal mübariz” və s. epitetlərlə müdafiə edirlər.

O da bəllidir ki, Azərbaycan Respublikasının unitar dövlət quruluşuna qarşı çıxan əsas ölkə Ermənistandır. Ermənilər Qarabağda və onun ətraf rayonlarında ekspansionist əməllərini ört-basdır etmək üçün, daim Azərbaycan Respublikasında yaşayan digər etnik icmaların adından süni şəkildə alver edir. İrəvan rəsmiləri unudurlar ki, indi dünya birliyini aldatmaq çox çətindir. Ermənistan tərəfini əndişəyə salan istintaq zamanı Fəxrəddin Abbasovun onların xüsusi xidmət orqanlarını istənilən an ifşa etməsidir. “Qara məni basınca mən qaranı yaxalayım” cəngəllik təfəkkürü ilə Ermənistan tərəfi istənilən iftira və böhtanları atmaq üçün “Fəxrəddin Abbasovun müdafiəsinin kolasiyası” hərəkatını yaratmağı planlaşdırıb. Halbuki Azərbaycan Respublikasının qanunlarına görə 1993-cü ildən indiyə kimi Fəxrəddin Abbasovun fəaliyyət dairəsi “vətənə xəyanət” maddələri ilə onun təqsirli bilinməsini istbat edən başlıca səbəbdir. Elə buna görə də o, həbs olunub.

Ermənilər Fəxrəddin Abbasoun müdafiəsinə qalxıblar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Erməni Əməkdaşlığının Səsi” adlı qurumun liderlərindən biri olan Vahan Babaxanyanın təşəbbüsü ilə toplantılar keçirilməkdədir. O, son toplantıda bildirib ki: “Azərbaycanda hər zaman ermənilər soyqırıma məruz qalıblar. Buna görə də biz Dağlıq Qarabağda “Artsax Respublikası”nı elan etmişik. Fəxrəddin Abbasov kimiləri bizimlə həmrəy olduqları üçün öz ölkəsində onu təqib ediblər. Biz onunla 2017-ci ildən inbiyə kimi çoxsaylı tədbirlər təşkil etmişik. Tək məqsədimiz Azərbaycanda ermənilərə qarşı aparılan soyqırımları faktlarla dünya ictimaiyyətinə çatdırmaq olub. Fəxrəddin Abbasov kimi dəyərli ziyalıları həbsdə, qorxu altında saxlamaq doğru addım deyil”.

Fəxrəddin Abbasovun həbsi ilə bağlı Hollandiyada yaşayan və onun yaxın siladahşı olan Əlikram Hümbətovun etiraz bəyanatı ilk öncə İrəvandakı “Lragir” qəzeti və onun “lragir.am” internet resursunda paylaşılıb. Bu faktın özü bir daha isbat edir ki, dövlətimizə qarşı aparılan “etnik separatizm” və pozuculuq siyasətinin ilkin mənbəyi məhz Ermənistandır.

Mənbə:

http://www.kavkazoved.info/authors/aboszoda-mirzalizoda.html

https://aga-tribunal.info/aboszoda/

https://www.lragir.am/ru/2019/03/01/143530/

http://www.sarinfo.org/news/pressreview/30-07-12.html

İrəvandakı şikayət

Fəxrəddin Abbasovun həbs olunaraq Azərbaycana gətirilməsi ilə bağlı indiki məqamda ermənilərin ən çox gözləntisi Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən təşkilatların mövqeyidir. Onlar beynəlxalq insan haqları təşkilatlarını min cür fırıldaqla aldadaraq Azərbaycandakı insan haqları təşkilatlarını bu prosesə cəlb etməyə çalışırlar. Hətta Moskvadakı “Memorial” İnsan Haqları Təşkilatı üzdə “neytral mövqe” sərgiləməklə dolayı yolla azərbaycanlı həmkarlarının Fəxrəddin Abbasovun xeyrinə yüngülvari də olsa bir fikir söyləmələrini böyük həyəcanla gözləyirlər. Bu təşkilatın “Qafqaz Bürosu” neçə gündür Fəxrəddin Abbasovla bağlı Azərbaycanda hansısa insan haqları təşkilatının, vətəndaş cəmiyyətinin və ya KİV təmsilçilərinin fikir və görüşlərini öyrənməyə çalışır. Sanki ova çıxmış “fürsətçi” kimi məqam arayır. Hələ ki, bu yöndə istənilən nəticələri əldə edə bilməyiblər. Onu da qeyd edək ki, Ermənistan insan haqları təşkilatları beynəlxalq insan haqları təşkilatlarını süni şəkildə “inandırmaq” yolunu tutaraq bildirir ki, Azərbaycandakı bütün insan haqları təşkilatları müstəqil deyil və dolayı yolla hakimiyyətdən asılıdırlar. O zaman soruşmaq lazımdır ki, minlərlə fakt ortada və göz önündədir. Vətən xaini nə üçün müdafiə olunmalıdır. Qarabağ uğrunda mübarizədə minlərlə soydaşımız həlak olub, onminlərlə həmvətənlərimiz ömürlük əlil qalıblar. Bir milyondan çox vətəndaşımız 27-25 ildir öz doğma yurdlarına dönə bilmirlər. Beynəlxalq insan haqları təşkilatları məgər bunu görmürlərmi? Görürlərsə, bəs nədən susurlar? BMT-nin qətnamələrinə Ermənistan tərəfi nədən əməl etmir? Suallar çox və cavab isə hələ də verilmir. Fikrimizcə istintaq prosesində Fəxrəddin Abbasovun cinayətləri sübut olunduğu təqdirdə onun cinayət əməllərinin cavabdehi qismində birbaşa İrəvan hesab olunacaqdır. Çünki, İrəvanın bu gün nümayiş etdirdiyi təlaşın pərdəarxası mənası da budur.

Ə. Yusifoğlu