26-27 may 2019-cu il tarixdə İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə “III Beynəlxalq Talışşünaslıq Konfransı” keçirilib 26-27 may 2019-cu il tarixdə İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə “III Beynəlxalq Talışşünaslıq Konfransı” keçirilib

Ermənistanın “soyuq savaşı”

26-27 may 2019-cu il tarixdə İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə “III Beynəlxalq Talışşünaslıq Konfransı” keçirilib

İrəvandakı rejimlər dəyişsə də, Cənubi Qafqaz və xüsusən də Azərbaycana qarşı siyasətində irəli sürdüyü ekspansionist hədəfləri dəyişməz olaraq qalmaqdadır. Qondarma “Böyük Ermənistan” xəyalı adı altında xəstələnmiş erməni cəmiyyəti Gürcüstan ərazisində “Erməni Cavaxk Respublikası”, Azərbaycan torpaqları sayəsində “Artsax Respublikası”, Türkiyənin Qars, Ağrı, İqdır, Ərzurum, Muş, Ərdəhan, Van, Artvin, Bitlis və Həqqariyə kimi uzanan bölgələrini bir araya gətirən “Qərbi Ermənistan”, Cənubi Azərbaycanın Culfa, Mərənd, Urmu, Sayınqala, Sulduz, Xoy, Soyuqbulaq, Tikantəpə, Dol, Nazlı, Bəykişli, Qaradağ, Dəşt, Rövzə, Üşnü, Sumay, Tərkəvər, Barandüz və Bərdəsur mahallarını uzlaşdıran “Cənubi Ermənistan” adlı və heç məntiqə sığmayan iddialarından əl çəkmək fikrində deyillər. Dünyada toplam 10 milyona yaxın sayı olan ermənilər yüz illərdir Hindistan, Ərəbistan yarımadası, Yaxın Şərq, son 200 ildə isə, Rusiya, Fransa, ABŞ, hətta Cənubi Amerikada məskunlaşaraq fərqli mentalitetlərə məxsusdurlar və “vahid erməni” siyasi, mədəni, etnokulturoloji sistemindən çox-çox uzaqdırlar. Amma bununla yanaşı, istər Ermənistanda, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən erməni dini cəmiyyətləri və siyasi-ictimai qurumları daim xəstəliyin virusunu daşımaqdadırlar. Ona görə də erməni xalqı icmalar şəklində hansı ölkədə yaşayırlarsa, orada digər xalqlarla problemli münasibətləri olur.

Azərbaycana qarşı saplanmış xəyanət taktikası

Özlərini dünya oliqarxiyasının sahibi hesab edən bir ovuc çevrə və mərkəzlər XIX və XX əsrlərin əvvəllərində baş verən “dünyanın siyasi, iqtisadi və etnik mənzərəsi”nin bölüşdürülməsi ideyasını XXI əsrdə yenidən tətbiq etməyə çalışırlar. Ona görə də Yaxın Şərq, Qafqaz, Balkan, Şərqi Avropa və digər coğrafi məkanlarda iri miqyaslı etnik- dini münaqişələrə yol açıblar. Bu gün Cənubi Qafqazda Ermənistan-Gürcüstan, Ermənistan – Azərbaycan, Ermənistan-Türkiyə, Ermənistan-Ukrayna münasibətlərində problemlərə tək səbəb İrəvandır. Ermənilər bu ağır yükü Qara Dəniz Hövzəsinə qədər daşımaq üçün daha da həyasızlaşıblar. Bölgə xalqlarını üz-üzə qoymaq üçün dəridən-qabıqdan çıxırlar. Gürcü-abxaz, gürcü-osetin, gürcü-çeçen, gürcü-minqrel, gürcü-didoy, gürcü-avar problemlərinin yaranmasında ermənilərin nə qədər suçlu olduqlarını Tiflisdə anlayırlar. Ermənistan bu problemləri Azərbaycan Respublikasına transfer etmək üçün bir sıra məkrli planlar həyata keçirir. Azərbaycan dövləti dəfələrlə beynəlxalq səviyyədə multikulturalizm və dinlərarası dialoq adlı tədbirlər həyata keçirməklə ölkəmizin strateji hədəflərini ortaya qoyur. Dünyanın siyasi, sosial və etnoloji düzəninin reallıqlarını araşdıran nüfuzlu elm xadimləri Azərbaycanda dinlərarası və xalqlararası multikultural münasibətlərin necə inkişaf etdiyinə yüksək səviyyədə qiymət veriblər. Halbuki bütün bunlar Ermənistanda çoxdan dəfn olunub.

İrəvandakı “talışşünaslıq” konfranslarının hədəfləri

Ermənistan Azərbaycan Respublikasına qarşı etnik separatizm siyasətinin gücləndirmək üçün 2005-ci ildən rəsmi şəkildə üç dəfə “Beynəlxalq Talışşünaslıq Konfransı”nı keçirib. Bu təşəbbüs İrəvan Dövlət Universitetinin “iranşünaslıq kafedrası” tərəfindən irəli sürülüb. Həmin universitet hüquqi baxımdan dövlətə-Təhsil Nazirliyinə tabedir. Maliyyə dəstəyi “K.M.S. Qurgen Məlikyan adına Humanitar Fondu” tərəfindən həyata keçirilib. 21-23 may 2005-ci il tarixdə ilk dəfə bu adla keçirilən konfransa Ermənistan, Gürcüstan, Azərbaycan Respublikası və İrandan nümayəndələr qatılmışdılar. Bu konfransda Qarnik Asatryan (iranşünaslıq kafedrasının müdiri), Fəxrəddin Abbasov( zadə), H. Ter-Abramyan, S. Markaryan, A. Kirakosyan, X. Sadegeniya (Gürcüstan), İ. Naçkebiya, R. Amirbektan, V. Arakelova, Cəmşid Giunaşvili (Gürcüstanın İrandakı keçmiş səfiri və Tiflis Dövlət Universitetinin professoru) müxtəlif mövzularda məruzələri olunmuşdu. Həmin konfransın materialları kitab şəklində çap edildi. Ermənistan tərəfi etnik separatizmə açıq şəkildə yol açan bu konfransın ardından belə bir bəyanat da yaydı: ”Konfransın siyasi baxımdan hansısa rəngdə təqdim olunması doğru addım deyil”. Halbuki F. Abasov konfransda Azərbaycan dövlətinə qarşı ən sərt şəkildə çıxışı ilə ermənilər tərəfindən dəfələrlə alqışlanmışdı. Konfransın ardından İrəvandakı nəşriyyatlar bir-birinin ardınca tarix elmini siyasi miflərin əsirinə çevirən kitablar dövlət büdcəsi hesabına dərc edildi.

(İran xüsusi xidmətlərinin əməkdaşı, erməni “alim”-kəşfiyyatıçı və azərbaycanlı vətən xaini bir arada)

İkinci konfrans və strateji hədəflərə doğru

Ermənistan Dövlət Universitetinin “iranşünaslıq kafedrası”nın təşəbbüsü ilə İrəvanda 2011-ci il 13-14 noyabr tarixlərində “II Beynəlxalq Talışşünaslıq Konfransı” keçirildi. Yenə də təşkilatçı həmin kafedra və Qarnik Asatryan idi. Konfransın açılış mərasimində 10 fəsildən ibarət “Talış xalqının tarixi və mədəniyətinə giriş” kitabının təqdimatı oldu. Bu dəfə konfransın sponsor dəyişmişdi. “Daşnaksütyun Partiyası”na yaxınlığı ilə seçilən və “Modus Vivendi Mərkəzi” və sədri Ara Papayan çıxış edərək belə bir addımı atdığından qürur duyduğunu bildirdi. Konfransda F. Abbsov yenə də gurultulu çıxışı ilə ermənilər tərəfindən alqışlandı. Bu dəfə o, özünü “Talış Xalq Hərəkatı”nın lideri kimi təqdim etmişdi. Konfransda ötən dəfəkindən daha çox ölkələrdən nümayəndələr dəvət edilmişdi. Rusiya, İngiltərə, Gürcüstan, İran, ABŞ, kanada və digər ölkələri təmsil edən “iranşünaslar” üstünlük təşkil edirdilər. “Modus Vivendi” (İrəvan), “Qafqaz İrünşünaslıq Mərkəzi” (İrəvan), “Nyksos Fondu”nun dəstəyi ilə fəaliyyət göstərən “Türkiyə, İran və Qafqazı Öyrənmə Mərkəzi”, “Erməni Akademik Əməkdaşlıq Assosiasisyası” və digər təşkilatlar da bu konfransın keçirilməsinə maliyyə dəstəyi vermişdilər (mənbə: http://yerkramas.org/ru/article/23549/v-erevane-startovala-vtoraya-mezhdunarodnaya-konferenciya-po-talyshevedeniyu). Bu dəfə konfransda Azərbaycan Respublikasına qarşı daha radikal xarakterli çıxışlar edildi. Hətta bu məqsədlə bəyanat da qəbul edildi.

Tədbir zamanı, Azərbaycan Respublikasına qarşı daim etnik separatizm ideyalarını körükləyən və Tehranda nəşr edilən “Iran and Caucasus” beynəlxalq jurnalının 15 illiyi münasibətilə ayrıca mərasim keçirildi. Konfransda müxtəlif ölkələri təmsil edən 45 alim çıxış etdi. Hətta konfrans zamanı “Cənubi” və “Şimali” “Talışstan” ideyaları çılpaqlığı ilə səsləndirildi. İranda fəaliyyət göstərən “Talışşünaslıq mərkəzi”nin sədri Yase Karanzadə cuşa gələrək: “İranın tərkibində vahid Talışstanın mövcud ola biləcəyi” ideyası ermənilər tərəfindən dəfələrlə sürəkli və gurultulu alqışlarla qarşılandı. Konfransda maraq doğuran amillərdən biri də İlham Şabanov və Hilal Məmmədov, Səbarz Hüseynzadənin (Talış xalqının hüquqlarını müdafiə proyektinin sədri) etirazları idi. Onlar nə üçün bu “hörmətli” konfransa dəvət almadıqlarından şikayət etmişdilər.

III İrəvan Konfransının yeni hədəfləri

26-27 may 2019-cu il tarixdə İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə “III Beynəlxalq Talışşünaslıq Konfransı” keçirilibdir. İran, Fransa, Rusiya, ABŞ, Azərbaycan, Almaniya, İsveç və Ermənistanı təmsil edən iranşünaslar, eləcə də Azərbaycan Respublikasına qarşı dövləti xəyanət etmiş şəxslər fəxri kürsülərdə yer almışdılar. Konfransın açlışı Hollandiyada elan edilən və Azərbaycan Respublikasının ərazi bütövlüyünə sui-qəsd xarakteri daşıyan qondarma “ Mühacir Hökumətin “prezidenti” Əlikram Hümbətov və İsmayıl Şabanovun təbrik məktubları oxundu. İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan çıxışında bildirdi ki: “Bu gün beynəlxalq səviyyədə talışşünaslıq ideyasının avanqardı məhz Ermənistandır”.

Azərbaycan Respublikasının vaxtilə vətəndaşı olmuş vətən xainləri- Zahirəddin İbrahimi (işğal altında olan Şuşada Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan radionun nəzdindəki analitik mərkəzinin rəhbəridir) və Zabil Məhərrəmo bu konfransın fəxri qonaqları siyahısında ilk sırada yüer alırdılar. Konfransda “Cənubi” və “Şimali” “Talışstan ideyası ətrafında ətraflı məruzələr oxunub. Konfransda ilk dəfə olaraq İranın İrəvandakı səfirliyinin mədəniyyət üzrə müşaviri də rəsmi statusla iştirak etdi (mənbə: https://nashaarmenia.info/2019/05/26/в-ереване-закончилась-3-я-международна/).

Azərbaycanın ən qədim çağlarından indiyə kimi xalqlararası etnik zəmində hər hansı bir qarşıdurmalar olmayıb. Bunu tarixi qaynaqlar da isbat edir. Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı tətbiq etmək istədiyi “soyuq savaş” strategiyası isə bu və ya digər şəkildə separatizmi qızışdrmaqdan ibarətdir. Təəssüf doğuran belə proyektlərin bəzən İran və Gürcüstan tərəfindən dəstək tapmasıdır. Halbuki bu xəyanətin bir ucu həmişə onların özlərinı qarşı yönəlir

Ənvər Yusifoğlu