Əslində AXCP-nin Əli Kərimli adlı bəladan yaxa qurtarmasının zamanın gəlib çatdığının çoxları fərqində olmalıdır Əslində AXCP-nin Əli Kərimli adlı bəladan yaxa qurtarmasının zamanın gəlib çatdığının çoxları fərqində olmalıdır

Almaniyada qurultay səlahiyyətli saxta gurultu

Əslində AXCP-nin Əli Kərimli adlı bəladan yaxa qurtarmasının zamanın gəlib çatdığının çoxları fərqində olmalıdır

AND (Azərbaycan Naminə Demokratiya) adı altında Almaniyada bu qurumun II qurultayı keçirildi. Tədbirə Avropanın mütxəlif ölklərini guya təmsil edən nümayəndələr qatılmışdı. Halbuki basketbol salonunda keçirilən tədbirdə toplam 70 nəfər iştirak edirdi. Onların çoxu elə təşkilatçıların ailə üzvlərindən ibarət idi. Bizim üçün maraqlı görünən rəyasət heyətində oturanlar idilər- keçmiş səfir, Rusiya hərbi kəşfiyyatı ilə uzun illər əməkdaşlıq etmiş Arif Məmmədov, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Qənimət Zahidov, etnik separatizmi ideyalarını təbliğ edən Seyran Rəfiyev, qonaq qismində AXCP Əli Kərimlinin müavini Gözəl Bayramlı və digərləri.

Bizim əldə etdiyimiz faktlara görə, Seyran Rəfiyevin sayəsində bu gün Hollandiyada yaşayan, Azərbaycan Respublikasına qarşı “İkinci cəbhə” açmış, Əlikram Hümbətovun dəstəklədiyi şəxslərin sayı qurultay nümayəndəsi qismində üstünlük təşkil ediblər.

AND-nin “qurultay” laqqırtısı

Qənimət Zahid AND-nin həmsədrlərindən biri kimi çıxış edərək tədbirə gələ bilməyənlərin daha çox olduğunu iddia edib. Gözəl Bayramlı “siyasi məhbus” “problemi” ətrafında xanəndələr kimi gəzişmələr etdi. Sadaladığı siyahıda isə, daha çox qanuni dövlət sisteminə qarşı çıxaraq ölkəmizdə “şəriət dövləti” qurmaq istəyənlərin hüquqlarını müdafiə etdi. O da, öz lideri Əli Kərimli kimi siyasi demaqoqoiya çərçivəsində Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid etməyə çalışdı. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi üçün mühacirətdə yaşayan diasporumuzun Avropa boyunca genişmiyqaslı təbliğatlarını necə aparmalı olduqlarını dilə gətirmədi. Dövlət büdcəmizin necə xərclənməsi barəsində hüquqi əsası olmayan iddialar ortaya atıldı. Ermənistanı “inkişaf etmiş dövlət” kimi nümunə göstərdi. Sanki Əli Kərimlidən xüsusi təlimat alırmış kimi köhnə qarammafon valıtək eyni sözləri və fikirləri dəfələrlə təkrar etdi. Qurultay daha çox mətbuat konfransına bənzəyirdi. Zalda oturanlar rəyasət heyətinə sual verir və onların cavablarını dinləmək zorunda qalırdılar. Gözəl Bayramlı da cuşa gələrək həmin sualları cavablandırırdı. Qənimət Zahid isə, “brifinq” verirmiş kimi qurultayla bağlı pərirşanlığını gizlətməküçün “bir çox təşkilatların dəvət olunmasına baxmayaraq, tədbirə qatılmadıqlarını” etiraf etdi. Qurultay boyunca gənclər əllərindəki mobil telefonlarla ya kiminləsə mesajlaşır, ya da zəng səsləri zalı başına götürmüşdü.

AND “cıbbılı” bir qrupdan ibarətmiş

“Demokratik Azərbaycan Seçkiləri” təşkilatının adından Rafiq Təmrazov qonaq qismində çıxışında nə demək istədiyini özü belə aydınlaşdıra bilmədi. Özündən əvvəlki natiqlər kimi ümumi fikirlər səsləndirdi. Daha sonra, Əhməd Cəlaloğluna söz verildi. O, elə çıxış etdi ki, guya Avropada ölkəmizi, yəni Azərbaycanı heç tanımırlar. Hətta təklif etdi ki, AND təşkilatı olaraq, Avropa dövlətləri Azərbaycana qarşı embarqolar tətbiq etməlidirlər. “Kölgə” təşkilatının sədri Cavid Cabbarlı çıxışı isə tamamilə bərbad şəkildə idi. O da digər çıxışçılar kimi Azərbaycana xaricdən müdaxilə ideyasını müdafiə etmək təklifini irəli sürdü.

Tədbirin keçirildiyi məkanda adi tribuna belə yox idi.

Arif Məmmədov özünəməxsus rusdilli aksenti ilə uzun-uzadı qadın-kişi üzvlər barəsində danışdı. AND təşkilatının guya ön sıralarda durduğunu elan etdi. Daha çox blogerlərə ümid etdiyini belə gizlətmədi. O bu çıxışında çox ilginc bir etirafda bulundu: “Avropada on minlərlə soydaşlarımız yaşayır. Ancaq bizim təşkil etdiyimiz aksiyaların, etiraz mitinq və piketlerimizin heç birinə qatılmırlar. Mühacir soydaşlarımızla işləmək və onları Azərbaycan iqtidarına səfərbər etmək üçün daha çox çalışmalıyıq”. Arif Məmmədovun bu etirafı bir daha sübut etdi ki, AND və digər qruplar azsaylı çevrəyə malikdirlər. Azad Avropada onları kimsə dinləmək istəmir. Çünki, “boşboğazlar”a inanan yoxdur.

Arif Məmmədovun on dəqiqəlik çıxışının ən ilginc tərəflərindən biri də bu oldu ki, AND hərəkatının iki nəfərdən ibarət həmsədri var. Arif Məmmədovun özü və Qənimət Zahid. Ancaq qurultaya qədər uzun müddətdir ki, görüşmürlər. Tədbir sayəsində üz-üzə gəliblər. O zaman sual olunur ki, bu necə təşkilatdır onun rəhbərləri aylarla bir-birlərini görə bilmirlər? Ən azından müasit texnologiyaların sayəsində “skayp”la, ya da mobil telefonla canlı bağlantı sayəsində təmas qura bilərdilər. Deməli AND “amorf” bir təşkilatdır. AXCP funksioneri Nicat Yədullazadə isə çıxışında mənsub olduğu təşkilatın depressiya içində olduğunu etiraf etdi.
Qurultayın sonunda 13 nəfərdən ibarət idarə heyəti seçildi. Bununla yanaşı, həmsədrlik ləğv edildi və AND AXCP-nin bir qanadı kimi Qənimət Zahidin sədrliyi ilə fəaliyyət göstərəcəyi barəsində qərarını verdi. Bu, o deməkdir ki, Əli Kərimli “mühacir biznesi”nii monopoliyaya alındı.

Qurultay sonrası, bəlli oldu ki, AXCP-nin monopoliyasına keçən bu təşkilatın adından çox sular axacaq. “Milli Şura”nın Bakıda hazırladığı antidövlət hədəfləri bu dəfə Avropa üzərindən gündəmə gətiriləcək. AXCP-nin hazırladığı son “siyasi məhbus” siyahısı buna örnəkdir. 130 nəfərlik siyasi məhbusdan 63 nəfəri Azərbaycanda mövcud ali qanunun, yəni Konstitusiyamızın dəyişdirilərək “şəriət dövləti” qurulması təşəbbüslərinə görə məhkəmə hökmü ilə həbs olunublar. Elə digər məhbuslar da fərqli cinayət əməlinə görə məhkəmə qərarı cəzalarını çəkirlər. AND bundan sonra, Avropada AXCP-nin təklif etdiyi demokratiya şüarlarını daha çox səsləndirəcək. Halbuki, AXCP sədri Əli Kərimli rəsmi qaydada 17 ildir bu təşkilatı özəlləşdiribdir. Kim bu təşkilatda alternativ təklif irəli sürürsə, dərhal sədrin “qəzəbi”nə tuş gələrək oradan qovulur. “Siyasi biznesmen” və “mühacir alveri” adı ilə daha çox tanınan Əli Kərimli hansı demokratiyadan danışır? Qürbətə hansı məqsədlərlə gedənlərin də hədəfləri çoxdan bəllidir. Avropada “siyasi sığınacaq” almaq və dövlətdən yardım almaqla tüfeyli həyat tərzini davam etdirmək. Bir qədər artıq para qazanmaq üçün isə, “qrant” layihələrində iştirak etmək. Budur, AXCP və onun yedəyində gedən qrupların hədəfləri. Əli Kərimli qürbətdəki məsləkdaşları ilə birlikdə yeni “qrant” layihələri hədəflərini nəzərə alaraq bu addımları atdılar. Onların arxasında duran qondarma “TMMH” (Əlikram Hümbətov), Leyla və Arif Yunusun birgə hazırladıqları “Sülh və Demokratiya” proyektləri bu qrupların əsil gəlir mənbəyi olacaq. AND-nin rəhbərliyində təmsil olunan Seyran Rəfiyev məhz bu missiyanı daşıyır. Digər yandan isə, Azərbaycanda mövcud Konstitusiyanın dəşdirilərək “şəriət dövləti” ideyası ilə həbs olunanlara xaricdən verilən maddi dəstəyin bir qismi də AND rəhbərinin cibinə axacaq. Hələ bütün bunlar azmış kimi, erməni lobbisi ilə uzun illər əməkdaşlıq edən və buna görə Azərbaycanda biabır olaraq Avropaya üz tutan ayrıca bir zümrə də AND ilə əməkdaşlıq üçün xüsusi hazırlıqlar görür. Bu barədə növbəti yazılarımızda ətraflı şərh verəcəyik.

Bir sözlə AXCP və onun xaricdəki qrupu demokratiya şüarı adı altında “siyasi biznes” coğrafiyasının üfüqlərini genişləndirmək üçün AND-nin Franfurkt şəhərində qurultayını keçirdi. Dünyanın hansı ölkəsində anti- Azərbaycan çevrələri varsa, onlarla bir araya gələrək AXCP mövqelərini zahiri baxımdan guya gücləndirəcəyi ümidindədir. Halbuki, Əli Kərimli və onun çevrəsinin tək hədəfi mövcud iqtidara qarşı kin və nifrətini, öcünü almaq üçün minbir siyasi fəndgirliklərə üz tutubdur. Öz təşkilatında demokratik dəyər və ideyaları boğan birinin cəmiyyətimiz üçün də örnək ola bilməyəcəyinə çoxları inanırlar. Ona görə də, AXCP-nin yanında deyillər. Əslində AXCP-nin Əli Kərimli adlı bəladan yaxa qurtarmasının zamanın gəlib çatdığının çoxları fərqində olmalıdır. Çünki, 17 ildir bu təşkilat bir nəfərin hikkəsinin əsirinə çevrilib.

Ə. Yusifoğlu