Ermənistan ordusunda vəziyyət. Beynəlxalq təşkilatların gözü ilə Ermənistan ordusunda vəziyyət. Beynəlxalq təşkilatların gözü ilə

Ermənistan ordusundakı acınacaqlı vəziyyətlə bağlı hesabat yayıldı

Ermənistan ordusunda vəziyyət. Beynəlxalq təşkilatların gözü ilə

Sahib Məmmədov

Ermənistanda insan hüquqlarının vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların hesabatları əsasında hazırladığım icmalın erməni ordusuna aid hissəsini dərc olunmaq üçün təqdim edirəm

BMT-nin İnsan Hüquqları Komitəsi öz qeyd-şərtlərində orduda qeyri-döyüş şəraitində ölüm hallarının artmasından da narahatlığını bildirmişdir. Komitə təqdim etdiyi qeyd-şərtlərin 15-ci bəndində göstərır ki, “Komitə hərbi xidmətçilərin qeyri-döyüş şəraitində şübhəli şəkildə ölümü, həmçinin orduda zabitlər və digər əsgərlər tərəfindən yeni çağırışçılara qarşı “dedovşinanın”, ləyaqətin alçaldılması hallarından narahat olduğunu bildırir.”[1]

Komitə orduda xidmət keçən hərbiçilər arasında, qeyri-döyüş şəraitində ölüm hallarının, “dedovşina” və ləyaqətin alçaldılması hallarının artmasından narahat olduğunu bildirməklə yanaşı Ermənistan hakimiyyət orqanlarından bu hallara qarşı effektiv mübarizə aparmağı tələb etmişdir. Lakin Komitənin bu tələbinə də Ermənistan hakimiyyəti etinasız yanaşmışdır.

Ermənistadan insanların qanusuz və özbaşına həyatdan məhrum etmə hallarının təhqiqatı və günahkarların cəzaladırılması mexanizmi effektiv deyildir. Xüsusən hərbi hissələrdə, işğal olunmuş ərazilərdə yerləşdirlən Ermənistanın requlyar ordusunun əsgərlərinin öz əsgər yoldaşları və ya zabit heyəti tərəfindən qətlə yetirməsi hallarının səbəbləri gizlədilir və belə qətil halları döyüş əməliyyatlarınən nəticəsi kimi təqdim edilir.

ABŞ Dövlət Departamentinin “Ölkələrdə insan hüquqlarının vəziyyətinə dair” 2015-ci il üzrə hesabatında göstərilir ki, “2015-ci ilin 29 yanvar tarixində hərbi akademiyanın kursantının ölümü haqqında müdafiə nazirliyinin məlumatı yaylmışdır. Məlumata görə kursant asılmış vəziyyətdə tapılmışdır. Cəsədin bədənini yaran zaman onun bədənidə 30-dan artıq ağır bədən xəsarətləi aşkar edilmişdir”[2] Məlum olmuşdur ki, əslində kursant özünə qəsd etməmiş, qrup tərəfindən ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmidir, lakin izi itirmək üçün asılmışdır və bu hal özünüəqəsd kimi gizlədilmişdir.

İşğalolunmuş Azərbaycan ərazilərində Azərbaycan ordusu ilə təmas xəttində yerləşdirlən hərbi hissələrdə hərbiçilərin qətlə yetirilməsi adi haldır və bu zaman baş verimiş qətillərin əksəriyyəti gizlədilir, ölümün əks tərəfin açdığı atəş nəticəsində baş verəməsinə dair məlumatlar yayılır.

ABŞ Dövlət Departamentinin hesabatında daha sonra göstərilir ki, “Müşahidəçilər davamlı surətdə təsdiq edirlər ki, hakimiyyət orqanları orduda ölüm və alçaltma halları barədə məlumatları yumuşaldaraq təqdim edirlər. Daha sonra isə istintaqı özlərinin yaydığı ilkin məlumatın təsdiqi istiqamətində aparırlar. QHT-lərdən birinin-Helsinki Assambleyasının məlumatına görə ghjrhjhkeu də məhkəmələr hərbi xidmətdə real olaraq qətl hadisələrini törədənləri gizlətmək üçün vahid sistem şəkilində çalışırlar. Helsinki Assambleyasının məlumatlarına görə hərbi polis və prokurorluq orqanları şübhəli şəxsləri və şahidləri qanuzuz yolla saxlayaraq onlara müxtəlif fiziki və psixoloji təzyiqlər göstərlər.”[1]

[1] https://www.state.gov/documents/organization/253031.pdf

[1] http://tbinternet.ohchr.org/_layouts/treatybodyexternal/Download.aspx?symbolno=CCPR%2fC%2fARM%2fCO%2f2&Lang=en

Ordu sıralarında qeyri-dğyüş şəritində hərbi qulluqçuların qətlə yetirilməsi halları ilə bağlı BMT-nin İşgəncələr Əleyhinə Komitəsi də özünün 7 noyabr 2016-7 dekabr 2016-cı illərdə keçirdiyi 59-cu sessiyasında müzakirələr açmış və iştirakçı dövlətdən baş vermiş ölüm hallarının qərəzsiz və effektiv istintaqının aparılmasını tələb etmişdir. Komitənin 27 yanvar 2017-ci il tarixində açıqladığı “Ümumi xarakterli qeyd-şərtlərin” 35-ci bəndində göstərilir ki,

Komitə yenə də ordu sırıalarında qeyri-döyüş şəritində ölüm hallarının baş verməsindən, həmçinin orduya yeni şağrılanlara qarşı qəddar davranışdan və “dedovşina” hallarından narahatdır”[1]

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi erməni ordusunda baş alıb gedən “dedovşina” hallarından, orduya yeni çağrılanlar qarşı amansız davranışdan, qeyri-döyüş şəraitində əsgər ölümlərinin sayının həddən artıq çox olmasından xüsusi olaraq narahatlıq keçirməsini bildirmişdir. Qeyd-şərtlərin 36-cı bəndində qeyd olunur ki, “Komitə özünün əvvəlki tövsiyəsini (CAT/C/ARM/CO/3) bir daha təsdiq edir. İştirakçı dövlət orduda qeyr-döyüş şəraitində ölüm hallarının, “dedovşina” və qəddar davranış hallarının qarşısını almaq üçün öz səylərini ikiqat artırmalıdır. Çağırışçılara qarşı qəddar davranışlar və onların qeyri-döyüş şəraitində ölmə halları obyektiv, qərəzsiz və diqqətlə təhqiq olunması təmin olunmalıdır c) cavadehlərin təqib olunmalı və müvafiq sanksiyalar tətbiq etməklə cəzalandırılmalıdır və “dedovşina” və digər qəddar davranışların qurbanlarına müvafiq kompensasiyalar verilməli o cümlədən həmin şəxslər müvafiq tibbi və psixoloji yardımlarla təmin olunmalıdır. İştirakçı dövlət həmçinin hərbi heyətin bütün şikayətlərinə baxan müstəqil orqan yaratmalıdır.”[2]

Komitənin narahatçılığından və ardıcıl olaraq verdiyi tövsiyələrdən də görünür ki, Ermənistan ordusunda işgəncə, insan ləyaqətini alçaldan digər qəddar davranış və cəzalar adi hal alıb və bunun nəticəsində əsgərlərin ölümü halları tez-tez baş verir. Komitənin sənədindən də görünür ki, baş verən bu total və sistematik pozuntu ilə bağlı hər hansı ciddi tədbir görülmür, əksinə baş verən ölüm halları bir çox hallarda döyüş şərəitində baş vermiş hal kimi sənədləşdirilir.

[1] https://www.state.gov/documents/organization/253031.pdf

[1] https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=CAT%2fC%2fARM%2fCO%2f4&Lang=en

[1] http://tbinternet.ohchr.org/_layouts/treatybodyexternal/Download.aspx?symbolno=CAT%2fC%2fSR.1484&Lang=en