Qərb Ermənistana qucaq açır, daha çox bu ölkənin "demokratikləşdirilməsi"nə siyasi dəstək ifadə edi Qərb Ermənistana qucaq açır, daha çox bu ölkənin "demokratikləşdirilməsi"nə siyasi dəstək ifadə edi

Ciddi hadisədir. Müqayisəli təhlili aparılmalıyıq...

Qərb Ermənistana qucaq açır, daha çox bu ölkənin "demokratikləşdirilməsi"nə siyasi dəstək ifadə edi

1) Ermənistan birinci dəfə 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. Həmin vaxt Azərbaycan və Ermənistan MDB-nin yaradılması prosesində iştirak edirdi, Alma-Ata Bəyannaməsi çərçivəsində hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdığını rəsmən bildirmişdi. Ancaq bu hadisədən bir neçə ay sonra Ermənistan Azərbaycana təcavüz edərək Qarabağın genişmiqyaslı işğalı prosesinə başladı. Həmin vaxt Ermənistan tamamilə Moskvanın ovucunda idi. Ermənistan Rusiyaya güvənirdi. Elə Qarabağın işğalını təmin edən əsas faktor Moskvanın İrəvana açıq dəstək verməsi idi.

- Amma... Hazırda Ermənistan Moskvadan uzaqlaşmaq siyasəti yürüdür. İrəvan-Moskva münasibətləri aqressiv mərhələyə qədəm qoyub. Ermənistan sürətlə ABŞ-a tərəf yön alır.

2) 6 oktaybr 2022-ci ildə isə İlham Əliyev, Şarl Mişel, Emmanuel Makron və Nikol Paşinyan arasında keçirilən Praqa görüşdən sonra bəyanat yaydılar. Bəyanatda göstərilir ki, hər iki tərəf - Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Məsələ bundadır ki, Praqada imzalanan bəyanatın əsas bazasını məhz 1991-ci il Alma-Ata Bəyannaməsi təşkil edir və həmin Bəyannaməyə sadiqlik ifadə olunur.

- Lakin... Artıq Azərbaycanla Rusiya strateji müttəfiqdir. İrəvanın Moskvadan uzaqlaşmağı Azərbaycanın strateji maraqlarına tamamilə cavab verir. Ermənistan Moskvadan uzaqlaşdıqca, Azərbaycana qarşı ərazi iddiaları da əhmiyyətini itirəcək. İrəvan Moskvadan qopmaq üçün radikal qərarlar qəbul etsə, Ermənistanın müstəqilliyi tamamilə sual altında düşəcək.

Qısası, 31 il ərzində çox şey dəyişib:

Birincisi, 1991-ci ildə Ermənistana müttəfiqlik (daha doğrusu himayəlik) nümayiş etdirən Rusiyanın regionda bu gün əsas strateji müttəfiqi Azərbaycandır. Ermənistana marionet ölkə kimi baxan Rusiyanın Azərbaycanı müttəfiqinə çevirməyi bacarmışıq.

İkincisi, Qərb Ermənistana qucaq açır, daha çox bu ölkənin "demokratikləşdirilməsi"nə siyasi dəstək ifadə edir. Bu, təkvektorlu və bloklanmış siyasəti kursudur. Qərbin Azərbaycanla olan münasibətləri isə daha strateji hədəflərə hesablanıb. Azərbaycan qazı (Cənub-Qaz Dəhlizi) Rusiya qazından asılılıqdan xilas olmağa çalışan Qərbin gələcək taleyinin əsas konturlarını təşkil edir. Ermənistan-Qərb münasibətləri daha çox siyasi aspektdə diqqət çəkir, Azərbaycan Qərb münasibətləri isə iqtisadi, siyasi, qlobal layihələrin və sərmayələrin təşviqi baxımından xaratkterizə olunur.

Üçüncüsü, Azərbaycan qüdrətli Ordu formalaşdıra bilib və Türkiyə modelinə keçid sürətlə təmin edilir. Türkiyə ilə münasibətlərin indiki səviyyəsi Azərbaycanı NATO üçün də alternativsiz tərəfdaşa çevirib.

Samir Feyruzov