- Araşdırma
- 19:01
- 1 781
Axşamkı razılaşmaya dair ilkin proqnozlar

1. Yolu kim idarə edəcək?
Danışıqlar aparılıb və nəticədə Ermənistan və ABŞ Ermənistan–ABŞ Birgə Müəssisəsi (Joint Venture) yaratmaq barədə razılığa gəliblər.
2. Birgə konsorsium hansı sahələrdə fəaliyyət göstərəcək?
Bu konsorsiumun fəaliyyəti kommunikasiya infrastrukturunun yaradılması və idarə olunması ilə bağlı olacaq:
3. Bunlara nələr aiddir: dəmir yolları, avtomobil yolları, elektrik ötürmə xətləri, neft və qaz kəmərlərinin tikintisi nəzərdə tutulur.
4.Neft və Qaz kəməri nə deməkdir?
Axı bu sahə bölgədə sırf Azərbaycana aiddir.
5. Socar və ExxonMobil nə haqda müqavilə imzalayıb?
Artıq məlumdur ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə SOCAR və ExxonMobil arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri və ExxonMobil-in vitse-prezidenti imzalayıb. ExxonMobil neft və təbii qazın kəşfiyyatı, hasilatı, daşınması və təchizatı ilə məşğuldur.
6.Bu əməkdaşlığın detalları açıqlanmayıb, lakin ehtimal olunur ki, Ermənistan ərazisindən keçəcək neft-qaz kəmərlərinin tikintisi və idarə olunması ExxonMobil-ə həvalə ediləcək. Bu halda Azərbaycanın neft və qazı Ermənistan ərazisindən keçərək, ExxonMobil tərəfindən idarə olunacaq, həmçinin şirkət Azərbaycanda da hasilat işlərinə qoşula bilər.
7.Bu, bir tərəfdən Azərbaycana təhlükəsiz tranzit zəmanəti verəcək, Ermənistan tranzit haqqı alacaq, ExxonMobil isə Azərbaycan enerji sektoruna daxil olacaq.
8. Birgə fəaliyyət nə deməkdir?
İnformasiyaya görə torpaq Ermənistanın ( yəni mülk) idarəetmə ABŞ-ın olacaq.
9. Əsas sual:
Yenə də, bəzi detallar qeyri-müəyyəndir: məsələn, Azərbaycan vətəndaşlarının Ermənistana girişinə kim nəzarət edəcək. Ermənistan əvvəllər “ön ofis–arxa ofis” modelini təklif etmişdi, amma Azərbaycan bunu rədd etmişdi. Böyük ehtimalla; bu hissə Azərbaycan - ABŞ danışıqlarında həllinin tapacaq (artıq tapıb)
10. Vaşinqtonda Ermənistanla saziş imzalamaqla Azərbaycan ABŞ-ın prosesdəki xüsusi rolunu tanımış olacaq. Bu, prosesin tam ikitərəfli olmayacağını göstərir. ABŞ-ın Ermənistan infrastrukturuna milyonlarla dollar yatırması üçün məntiqlə Azərbaycan tərəfində də bu infrastrukturdan istifadə üçün maliyyə ayırmalıdır.
11. Təhlükəsizlik zəmanətləri mövzusu isə hələ ki, Ermənistan üçün açıq qalır və bu İrəvanın ən böyük dezavantajı kimi görünür.
Əziz Əlibəyli