“İstehlakçı məhkəməyə müraciət etməlidir” “İstehlakçı məhkəməyə müraciət etməlidir”

“Kontakt Home” öz şəkillərini divara yapışdırsın ki... – Eyyub Hüseynov

“İstehlakçı məhkəməyə müraciət etməlidir”

“Kontakt Home” mağazalar şəbəkəsi onlara olan kredit borcunu ödəməyən qadəənə məhkəməyə verib. Məhkəmə qadının krediti ödəməsi barədə qərar çıxarsa da, qərar icra olunmayıb. Bundan sonra mağazzalar şəbəkəsi qadının yaşadığı Səbail rayonundaki binalara onun şəklini vuraraq, kredit borcu olduğunu bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı AzNews.az-a deyib ki, buna hərəkətinə görə “Kontakt Home” cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmin istehlakçı məhkəməyə müraciət edə bilər: “Bu, biznes etikasına zidd hərəkətdir, yolverilməzdir. Şirkət müştərinin şəklini divara yapışdırmaqdansa, getsin öz şəkillərini divara yapışdırsın ki, istehlakçıların hüquqlarını necə tapdalayır”.

Vəkil Zaman Səmədov isə bildirib ki, vətəndaş kredit götürürsə müəsisə və vətəndaş arasında müqavilə bağlanır: “Həmin müqaviləni üçüncü şəxs bilməməlidir. Xanım şikayət etsə və müəyyən olunsa ki, bu addım “Kontak Home” mağazalar şəbəkəsinin səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilib, o zaman onlara inzibati məsuliyyətə cəlb oluna bilərlər. Bir sözlə, deyə bilərəm ki, bunu etmək qanunsuzdur. Tək hüquqi baxımdan deyil, həm də mənəvi baxımdan yolverilməzdir. Həmin qadın hər bir halda müvafiq məhkəmə orqanlarına müraciət etməldir”.

Nigar CƏFƏR

AzNews.az