- İşin içi
- 23 Noyabr 2018 10:59
- 3 635
Dövlət İmtahan Mərkəzi açıq tender elan edib

Tender nəqliyyat vasitəsinin satınalınması üçün nəzərdə tutulub
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs nəqliyyat vasitəsinin satınalınması üçün açıq tender elan edir
AzNews.az xəbər verir ki, 1 (bir) lot üzrə nəzərdə tutulan tenderdə nəqliyyat vasitəsinin satınalınması üçün keçirilir.
Elanda tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.
Geniş məlumat əldə etmək istəyənlər BU KEÇİDƏ daxil ola bilərlər:
AzNews.az