"Video istehlakı və vərdişləri ciddi dəyişikliklərə məruz qalır" "Video istehlakı və vərdişləri ciddi dəyişikliklərə məruz qalır"

Mobil internet TV-ləri üstələyir

"Video istehlakı və vərdişləri ciddi dəyişikliklərə məruz qalır"

"2020-ci ilə qədər online video baxışı mobil trafikin 80 faizini təşkil edəcək".

AzNews.az-ın məlumatına görə bu sözləri Bakcell-in Şəkidə təşkil etdiyi "Mobil telekomunikasiyaya giriş" mövzusunda seminarda Məhsulların idarə edilməsi departamentinin rəhbəri Cəlil Xəlilov söyləyib. O, bildirib ki, online video baxımı son illərdə inanılmaz dərəcədə artaraq trafikin ən böyük qismini əhatə edir:

"Qısametrajlı kontent daha çox inkişaf edən ölkələrdə seyr olunur. Gün ərzində Youtube-da 500 milyondan çox saat video baxımına sərf olunur. Video istehlakı və vərdişləri ciddi dəyişikliklərə məruz qalır. İstehlakçılar ənənəvi vaxt baxımından seçim verməyən, strukturlaşmış TV-lərə baxmaqdan imtina edirlər. İstehlakçıların online baxım vərdişləri dəyişir. İstehlakçıların 32 faizi daha çox 1-2 saat online videoya baxırlar". Cəlil Xəlilov daha sonra əlavə edib ki, son illərdə tələb ilə baxılan video trendi - video on demand - ortaya çıxıb: "Artıq TV-lərdə seriallara, filmlərə baxmaq istəyi azalır, daha çox videoplatformalarda baxışların sayı artır. Bu məqsədlə də mobil video məzmunları sürətlə artmaqda davam edir".

Qeyd edək ki, Bakcell-in təşkil etdiyi "Mobil telekomunikasiyaya giriş" mövzusunda seminarları 21-22 tarixlərində davam edəcək.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description