"Təklif edirəm ki, qida təhlükəsizliyi haqqında qanun layihəsi hazırlansın" "Təklif edirəm ki, qida təhlükəsizliyi haqqında qanun layihəsi hazırlansın"

“Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər” - Əli Məsimli

"Təklif edirəm ki, qida təhlükəsizliyi haqqında qanun layihəsi hazırlansın"

“Obyektlərdə yoxlamaların dayandırılması sahibkarlığın inkişafı üçün çox vacib rol oynadı. Amma bundan sui-istifadə halları da mövcuddur. Həmin şəxslər Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib. Ə.Məsimlinin sözlərinə görə, həmin sahibkarlar burada xeyli problemlər yaradıblar: “Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün qida təhlükəsizliyi haqqında qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik sənədlərinə də dəyişiklik edilməsini vacib hesab edirəm”.

Elgün
AzNews.az