19-cu əsrə aid əfqan tüfəngləri, qədim Rübab və "Body Scan" aparatları... 19-cu əsrə aid əfqan tüfəngləri, qədim Rübab və "Body Scan" aparatları...

Qaçaqmalçılıqla ölkəyə daxil olan qiymətli əşyalar harada saxlanılır? - REPORTAJ

19-cu əsrə aid əfqan tüfəngləri, qədim Rübab və "Body Scan" aparatları...

Dövlət Gömrük Komitəsinin (DGK) bu gün təşkil etdiyi növbəti mediaturda jurnalistlər Komitənin “Azərterminalkompleks" Birliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası və Kinoloji Mərkəzlə tanış olublar.

AzNews.az-ın əməkdaşı da mediaturda iştirak edib:

“Azərterminalkompleks” Birliyi ilə ilk tanışlığa buradakı Heydər Əliyev və Gömrük tarixi muzeyləri ilə başladıq. Heydər Əliyev Xatirə Muzeyində ulu öndərin ictimai-siyasi fəaliyyətini əks etdirən fotolar və müxtəlif simvollar sərgilənib. Muzeyin tərtibatı və işıqlandırılması xüsusi zövqlə aparılıb.

Birliyin binasında yer alan Gömrük Tarixi Muzeyi də olduqca maraqlı və qeyri-adi eksponatlarla zəngindir. Burada zaman-zaman qeyri-qanuni yollarla Azərbaycana gətirilən və müsadirə olunan əşyalar yer alır. Bunların içərisində dünyada bir neçə ədəd olan 19-cu əsrə aid Rübab musiqi aləti də var.

“Azərterminalkompleks”in əməkdaşı Ramiz Ağayevin verdiyi məlumata görə, muzey 2006-cı ildə yaradılıb. 200 kvadratmetr ərazini əhatə edir. Burada ümumilikdə 576 əşya var və onların bəziləri məhkəmə qərarı ilə Kömrük Komitəsinin muzeyinə daxil edilib:

“Bizim “Narkotiklərə yox deyək” adlı bir ekspozisiyamız da var. Ekspozisiyaya daxil olan əşyaları 14 ölkədə nümayiş etdirmişik. Həmçinin, bu muzeydə olan əşyaların da 14 ölkədə nümayişi keçirilib”.

R.Ağayev əlavə etdi ki, bir müddət əvvəl bizim kömrükçülər tərəfindən 6 ədəd “altarnı ikona” tutulub saxlanılmışdı. Onlar Rusiyadan oğurlanaraq Azərbaycana gətirildiyi üçün Azərbaycan onları Rusiyaya təhvil verib.

Muzeydə irili-xırdalı müxtəlif əşyalarla yanaşı, 19-cu əsrə aid tüfənglər sərgilənir. Bu odlu silahların əksəriyyəti isə Əfqanıstana məxsusdur. Bu isə 19-cu əsrdə daha çox bu ölkədən Azərbaycana silah qaçaqmalçılığının olduğunu göstərir.

Muzeylə tanışlıqdan sonra "Azərterminalkompleks" Birliyinin sədri Ehtiram Xəlilov kompleks haqqında jurnalistlərə məlumat verdi. Onun sözlərinə görə, birliyin funksiyası sahibkarlara xidmət göstərməkdir:

“Sahibakarların bəyannamələrinin yazılması, onların dayanacaq, tərəzi, kuryer xidməti, yüklərinin çatdırılması və s. işlərin hamısı "Azərterminalkompleks" Birliyinə aiddir. Bütün sərhəd nöqtələrində bizim müvəqqəti saxlanc ambarlarımız var. Bu anbarlarda ölkəyə gətirilən və Nazirlər Kabinetinin (NK) qərarı ilə ölkəyə girişi qadağan olunan əşyalar saxlanılır. Tez xarab olan mallar NK-nin 2013-cü il 88 nömrəli qərarına əsasən, məhkəmənin qərarı ilə müsadirə olunur və məhvetmə komissiyası tərəfindən məhv edilir. Qeyri-ərzaq məhsulları isə Əmlak Komitəsinin elektron hərrac sistemi vasitəsilə hərraca çıxarılır və satılır. Gəlir isə büdcəyə əlavə edilir”.

Birlik sədri əlavə etdi ki, cari il fevral ayının 1-dən Ticarətin Asanlaşdırma Mərkəzi fəaliyyətə başlayıb. Artıq elektron portal vasitəsilə sahibkarlar heç bir yerə getmədən, evində oturub yazmaqla “Azərterminalkompleks” onların qısa idxal bəyannamələrini tərtib edir. Bu isə sahibkarların ümumi iş fəaliyyətində müsbət imkanlar yaradır.

Sonra jurnalistlər birliyin “Gömrük klubu” ilə tanış oldular. Burada gömrük xidmətçisi və onun geyim formasını əks etdirən manikenlər yer alır. "Qaz 31" markalı Gömrük maşınının maketi də xüsusilə diqqət çəkir.

Birliklə tanışlıqdan sonra Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) baş çəkdik. Akademiyanın rəisi Qulu Novruzov təhsil ocağı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Akademiyanın əsas funksiyası bakalavr hazırlığı ilə yanaşı, yenicə işə götürülən gömrük işçilərinə kurs keçməkdir:

“Təəssüflər olsun ki, 2009-ci ildən bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirildi. Ləğv olunan ixtisaslar arasında gömrük işi ixtisası da var. Həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra prezidentin sərəncamı ilə akademiya yaradıldı və 2014-cü ildə fəaliyyətə başladı”.

Q.Novruzov təəssüflə qeyd etdi ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb:

“Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, adiyyatı orqanlar bu işə konstruktiv yanaşacaq. Onu da deyim ki, bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü şəkildə fərqlənirlər”.

Rəis həmçinin bildirdi ki, DGKA-nın hazırkı binası Ümumdünya Gömrük Təşkilatının regional tədris mərkəzidir. Dövlət Gömrük Komitəsinin Akademiyası yaxın bir ildə yeni bina ilə təmin ediləcək.

Daha sonra jurnalistlər Akdemiyanın sinif otaqlarında dərs prosesini izlədilər. Ardınca, müəssisənin laboratoriyasında oldular. Burada işə yeni götürülmüş gömrükçülərə gömrük işinin sirləri, texnologiyası öyrədilir. Laboratoriya bütün növ müasir avadanlıqlarla təchiz edilib. Hətta Dövlət Gömrük Komitəsinin sifariş verdiyi “Body Scan" (B-Scan) yoxlama aparatları da artıq Azərbaycana gətirilib. Ölkəmizə gətirilən belə aparatların sayı cəmi 9-dur. Yeni aparatlar bütün beynəlxalq hava limanlarında, Naxçıvan Muxtar Respublikasında və cənub sərhədlərində quraşdırılacaq.

Qeyd edək ki, adıçəkilən avadanlığın maliyyə dəyəri 150-200 min avro dəyərindədir. Bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq.

QEYD: Növbəti yazıda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi barədə yazacağıq.

Elgün MƏNSİMOV
AzNews.az

(Fotolar müəllifindir)

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description