- İşin içi
- 5 Sentyabr 2019 15:31
- 4 388
AzTV-nin yeni veb-saytı yaradıldı

Yeni resurs verilişləri canlı izləməyə də imkan verir
Azərbaycan Televiziyasının (AzTV) yeni veb saytı (www. aztv.az) istifadəyə verilib. İnternet resursda televiziya və radionun tarixi barədə məlumatlar, həftəlik proqramlar, anonslar və sair yer alır.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, daha dinamik formaya malik olan saytın məzmun kontenti də zənginləşdirilib. Yeni resurs yalnız korporativ deyil, eyni zamanda informasiya saytı kimi fəaliyyət göstərəcək, oxucularını müxtəlif sahələrlə bağlı operativ olaraq məlumatlarla təmin edəcək.
Saytda televiziya və radioda efirə gedən verilişlərin, filmlərin anonsları da təqdim olunur. Yeni resurs verilişləri canlı izləməyə də imkan verir.
Qeyd edək ki, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının internet resursları da yenidən işlənilir, yaxın günlərdə bu saytlar da istifadəyə veriləcək.
AzNews.az