Bizə ünvanlanan suallardan biri də qaytarılacaq əmanət məbləğinin necə hesablanması ilə bağlıdır Bizə ünvanlanan suallardan biri də qaytarılacaq əmanət məbləğinin necə hesablanması ilə bağlıdır

17 min manatdan çox əmanəti olan vətəndaşlara da kompensasiya veriləcək - Əhaliyə şad xəbər

Bizə ünvanlanan suallardan biri də qaytarılacaq əmanət məbləğinin necə hesablanması ilə bağlıdır

“Müflis olan banklarda məbləği 17 min manat və ya 10 min dollardan çox olmayan əmanətlərin qaytarılmasına başlanılıb”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, faizlər ilə birlikdə ümumi əmanət 17 min manatdan çoxdursa, o halda vətəndaşa kompensasiya ödənilmir:

“Bizə ünvanlanan suallardan biri də qaytarılacaq əmanət məbləğinin necə hesablanması ilə bağlıdır. Yəni, 17 min manat yalnız əsas əmanət məbləğinə aiddir yoxsa bankın vətəndaşa olan ümumi borcuna? Belə ki, məsələn, bəzi vətəndaşımız bankda 15 min manat yerləşdirib və onun əmanətinə 3 min manat divident hesablanıb və vətəndaşa olan cəmi ödənilməli məbləğ 18 min manat olub. Həmin vətəndaş faizləri götürmədiyi üçün bank müflis olan zaman ona olan borc 17 min manatdan çox, yəni 18 min manat olub. Sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı qaydalarda borc əsas məbləğ və faizlər üzrə fərqləndirilmədiyi üçün kompensasiya bankın vətəndaşa olan ümumi borcuna tətbiq olunur. Yəni, faizlər ilə birlikdə ümumi əmanət 17 min manatdan çoxdursa, o halda vətəndaşa kompensasiya ödənilmir. Bu o deməkdir ki, 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faizləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır. Kreditlərə kompensasiya verilən zaman qalıq məbləğin əsas götürüldüyünü nəzərə alaraq qorunmayan əmanətlərdə də məbləğ 17 min manat çox olduğu halda əsas məbləğə əsasən ödəniş həyata keçirilməsi daha məqsədə uyğun olar. Bu halda dividentlər ilə ümumi alacaqları 17 min manatdan çox olan vətəndaşlarımız da kompensasiya ala biləcəklər. Məbləği 17 min manatdan az olan əsas borc meyar olaraq götürülə bilər. Bu baxımdan, CESD qorunmayan əmanətlərin qaytarılması zamanı məbləği 17 min manat və ya 10 min dollardan çox olan hallarda bankın vətəndaşa olan ümumi borcuna deyil, əsas əmanət məbləğin nəzərə alınmasını təklif edir. Bu o deməkdir ki, ümumi alacağı 18 min manat, amma əsas məbləği 15 min manat olan vətəndaşımızın da əmanətinin qaytarılmasına ehtiyac var".

Bahar Rüstəmli

AzNews.az