İşlərin 2020-ci ilin sonuna qədər icra olunub yekunlaşdırılması planlaşdırılır İşlərin 2020-ci ilin sonuna qədər icra olunub yekunlaşdırılması planlaşdırılır

Bakı-Sumqayıt yolunda tıxac nə vaxt aradan qaldırılacaq? - Anar Nəcəflidən açıqlama

İşlərin 2020-ci ilin sonuna qədər icra olunub yekunlaşdırılması planlaşdırılır

Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tiflis prospektindən Landau küçəsinədək olan hissəsində həyata keçirilən yenidənqurma işləri ilə tanış olan zaman Bakı-Sumqayıt yolunun problemlərindən də söz açdı.

Prezident Bakının əhəmiyyətli yollarındakı problemlərdən danışaraq, ona Bakı-Sumqayıt yolunda tez-tez tıxacın yaranması ilə bağlı məlumat verildiyini bildirdi. Preoblemlə əlaqədar olaraq Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova yolun genişləndirilməsi və tıxacların aradan qaldırılması üçün layihə hazırlamağı tapşırdı.

Bəs, sözügedən yolla bağlı layihə işlərinə start verilibmi?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda təkliflər hazırlanır:

“Təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim olunur. Hansı təklif bəyənilərsə, həmin təklif əsasında layihə işləniləcək. Konkret bu məsələ ilə bağlı, yəni Xırdalan dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılması üçün işlərin 2020-ci ilin sonuna qədər icra olunub yekunlaşdırılması planlaşdırılır”. (Axar.az)

AzNews.az