"Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür"

Xaricdə oturanlar bu ajiotajı qızışdırır

Bu gün Azərbaycanda süni ajiotaj yaradılır. Neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür.

Məlumata görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, müəyyən mətbuat orqanları, xüsusilə də xaricdə oturanlar bu ajiotajı qızışdırır:

“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır. Dövlət tərəfindən lazımi tədbirlər görüləcək".

S.Novruzov vurğulayıb ki, hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub:

“Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. 5-3 adamın şərhlərinə uymamalıdırlar”. (Trend)

AzNews.az