Əgər tikinti təmir işlərinizin keyfiyyətli yerinə yetirilməsini istəyirsinizsə, o zaman peşəkarların seçimi vaxtı, aşağıdakı amilləri nəzərə almaq lazımdır Əgər tikinti təmir işlərinizin keyfiyyətli yerinə yetirilməsini istəyirsinizsə, o zaman peşəkarların seçimi vaxtı, aşağıdakı amilləri nəzərə almaq lazımdır

Ustaları düzgün seçmək və dələduzların qurbanı olmamaq üçün nələri bilmək lazımdır

Əgər tikinti təmir işlərinizin keyfiyyətli yerinə yetirilməsini istəyirsinizsə, o zaman peşəkarların seçimi vaxtı, aşağıdakı amilləri nəzərə almaq lazımdır

Kosmetik və ya əsaslı təmir etməyə hazırlaşan insanların qarşısında, adətən, ciddi problem durur – öz işini bilən, professional təmir briqadasını necə seçmək və aldadılmamaq üçün hansı addımlar atılmalıdır.

İqtisadi böhran dələduzları yeni-yeni hiyləgərlik yollarını axtarmağa məcbur edir. Asan yolla pul qazanmaq istəyənlər sözsüz ki, tikinti sektorunda da var.
Təmir və tikinti üçün ustaların təkliflərini nəzərdən keçirərkən düzgün seçim Sizin büdcənizə qənaət edəcək və əsəblərinizi qoruyacaq.
Əgər tikinti təmir işlərinizin keyfiyyətli yerinə yetirilməsini istəyirsinizsə, o zaman peşəkarların seçimi vaxtı, aşağıdakı amilləri nəzərə almaq lazımdır:

1. Briqadada hər sahə üzrə mütəxəssislərin olması. Əgər briqadada plitə (kafel) ustası həmdə divar kağızı yapışdırırsa və ya rəngsaz isti döşəmələrin döşənməsi ilə məşğul olursa bu yaxşı göstərici deyil. Əgər təmirin keyfiyyətli aparılması istəyirsinizsə, evinizdə və ya obyektinizdə yalnız peşəkarlar işləməlidir.
2. Portfolio və əvvəlki sifarişçilərin briqadasının işi haqqında rəyləri. Uzun illər təmir sahəsində uğurla çalışan inşaatçıların yəqin ki, işlərindən nümunələri və razı müştəriləri olmalıdır. Seçdiyiniz usta briqadasının və ya tikinti şirkətinin işinə "canlı" baxmaq, onların xidmətlərinin keyfiyyətini qiymətləndirmək, mütəxəssislərin əvvəlki fəaliyyəti haqqında maksimum məlumat toplamaq lazımdır. Bunun üçün sizə Tender.az saytı yardımçı ola bilər. Bu saytda tikinti şirkətləri öz portfoliolarını yerləşdirirlər və müştərilərin rəyləri yazılır.
3. Rəsmi müqavilə əsasında işləmək imkanı. Öz rekvizitləri və şəxsiyyətini təstiq edən məlumatları göstərilməklə, təmir-tikinti işlərinin aparılması üçün müqavilə bağlamaq istəməyən briqadadan dərhal imtina edilməlidir. Hüquq normaları çərçivəsində savadlı hüquqşünas tərəfindən tərtib edilmiş sənəd Sizi pul və vaxt itirilməsi ehtimalından qoruyacaq. Müqavilədə briqadanın yerinə yetirəcəyi işlərin bütün həcmini, obyekti Sizə rəsmi təhvil-təslim aktı əsasında təhvil verməli olduğunu və təmir prossesinin vaxt çərçivəsini mütləq göstərmək lazımdır. Bu cür yanaşma ustaları cərimə sanksiyalarına "düşməmək" üçün öhdəliklərini vaxtı vaxtında və keyfiyyətli yerinə yetirməyə təşviq edəcəkdir.
4. Tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş bütün ödənişi dərhal verməyin. Tanımadığınız bir briqada ilə işləyirsinizsə, böyük bir risk var ki, böyük bir məbləğ əldə etdikdən sonra “ustalar” yox olacaq. İşlərin başlanması üçün standart avans təmirin dəyərinin 25%-ə qədərini təşkil edir. Bundan sonra bütün ödənişlər mərhələlər bölünməlidir.


Yuxarıda göstərilən meyarlarla sizi qane edən briqada tapdıqdan sonra təmir işlərinə tərtib edilən smetaya xüsusi diqqət yetirilməlidir.

Qiymətləndirmə zamanı nələr nəzərə alınmalıdır

- Tez-tez İnşaatçılar görüləcək işlərin dəyərini əhəmiyyətli dərəcədə aşağı salırlar ki, sifarişçi onlarla əməkdaşlıq etməyə razılaşsın. Bundan sonra məlum olur ki, sənəddə materialların və işlərin minimal qiyməti göstərilib, onların əsl dəyəri isə təxminən 30-40% yüksəkdir. Bunun baş verməməsi üçün əsas materialların və mütəxəssislərin xidmətlərinin dəyərini təxminən müəyyən etmək lazımdır, şübhəli aşağı qiymət təkliflərini qəbul etməyin.
Smetada materialların konkret dəyəri və onların hardan alınması göstərilməlidir. İstifadə ediləcək materilalların markası və brendi smetada öz əksini tapmalıdır.
Smeta peşəkar şəkildə tərtib olunmalıdır, orada materialların dəyəri, onların həcmi, inşaatçıların xidmətlərinin ödənilməsi mütləq nəzərə alınmalıdır.

Əsas işlərin görülməsi

Tikiniti materialların alınması ustalarla birlikdə həyata keçirilməlidir. Bununla Siz həqiqətən yüksək keyfiyyətli materiallar aldığınıza dair bir zəmanət əldə edəcəksiniz. Hər bir tikinti şirkətinin və ustanın materialları daha aşağı qiymətə əldə edə biləcəyi satış məntəqələri olur. Lakin daha "Ucuz qiymətə" alınmış materiallarının lazımi keyfiyyəti olmasına diqqət yetirin.
Əgər Siz özünüz işlərin bütün mərhələlərinə nəzarət edə bilmirsinizsə, o zaman aparılan təmirin keyfiyyətini obyektiv qiymətləndirə biləcək kənar mütəxəssisə müraciət etməlisiniz. Belə yanaşma isti döşəmələrin düzəldilməsi, hidro, istilik və səs izolyasiyasının quraşdırılması, elektrikin və su xətlərinin çəkilməsi zamanı xüsusilə aktualdır. Məsələn, smetada naqillərin bir növü yazıla bilər, ustalar isə daha ucuz, keyfiyyəti daha aşağı olan digərindən istifadə edərlər. Təmirdən sonra elektrik enerjisi kəsilmələri, qısa qapanmaya görə yanğın, santexnika və digər narahatlıqlarla qarşılaşa bilərsiniz.
Göstərilmiş tövsiyələri yerinə yetirsəniz vəzifəsinə vicdanla yanaşacaq və bütün işləri nəzərdə tutulmuş müddətdə yerinə yetirəcək peşəkar inşaat briqadasını tapacaqsınız.