“Sünbül.Az” aqrar sahədə fermerlərimizi maarifləndirməyə çalışır" “Sünbül.Az” aqrar sahədə fermerlərimizi maarifləndirməyə çalışır"

“Moran Agro”dan yenilik - “Sünbül.AZ”la hər şey əlçatan, hər şey rahat

“Sünbül.Az” aqrar sahədə fermerlərimizi maarifləndirməyə çalışır"

Son dövrlər Respublikamızda aqrar sektorda həyata keçirilən kompleks tədbirlər və dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişafına səbəb olub.

AzNews.az xəbər verir ki,aqrar sahənin inkişafı istiqamətində “Moran Agro” MMC daha bir addım ataraq toxum istehsalı ilə yanaşı regionlarda “Sünbül.AZ” əmtəə nişanı adı altında mağazalar şəbəkəsi yaradaraq fermerlərə sertifikatlı toxumlar, gübrələr, bitki mühafizə vasitələri və toxuma qulluq preparatlarının müxtəlif çeşidlərini bir araya yığaraq fermerlərə əldə etmə rahatlığını təmin edib:

"Sünbül.Az”ın aqronomları tərəfindən fermerlərə təlimatlar və aqrotexniki qulluğa dair maarifləndirmə işləri həyata keçirilir. Fermerlərin rahatlığını düşünərək *5656 qısa nömrəsini istifadəçilərə təqdim edilib. Kənd təsərrüfatı sektoru təcrübə tələb edən bir sektordur. Təcrübəli fermer olmaq o qədər də asan bir iş deyil. Bu səbəblə “Sünbül.Az” aqrar sahədə fermerlərimizi maarifləndirməyə çalışır. Fermerlərin təbiətlə iç-içə olduqlarını və zamanlarının çox hissəsini aqrar sahəyə ayırdıqlarını bilirik. Bu sahədə əziyyətlərinin hədər olmaması bizim üçün vacib amillərdən biridir. Fermerimiz ilk başda hansı sort toxumu becərəcəyinə qərar verməlidir. Bu asan bir proses kimi görünsə də, əslində veriləcək ən çətin qərardır. Seçəcəyiniz bitki toxumu bəlkə də verəcəyiniz ən önəmli qərarlardan biridir."

Qeyd edək ki, “Sünbül.Az” mağazalar şəbəkəsi Cəlilabad, Sabirabad, Bərdə, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Xaçmaz rayonlarında fəaliyyət göstərir. Əkinçilər subsidiya kartı vasitəsi ilə sertifikatlı buğda və arpa toxumu da əldə edə bilərlər.

Səidə Vahid

AzNews.az

image description image description image description image description