Yeni mandat sahiblərinin aktiv olacaqları, tez-tez təşəbbüslərlə çıxış edəcəkləri, seçici ilə intensiv təmas quracaqları güman edilirdi Yeni mandat sahiblərinin aktiv olacaqları, tez-tez təşəbbüslərlə çıxış edəcəkləri, seçici ilə intensiv təmas quracaqları güman edilirdi

Milli Məclisdə erməni əsilli deputat: Elnur Allahverdiyev haqda şok iddialar

Yeni mandat sahiblərinin aktiv olacaqları, tez-tez təşəbbüslərlə çıxış edəcəkləri, seçici ilə intensiv təmas quracaqları güman edilirdi

Azərbaycanın müxtəlif dövlət qurumlarındakı önəmli vəzifələrdə ermənilərlə qarşıq nikahdan doğulanların da çalışması artıq çoxlarına sirr deyil. Bunu zaman-zaman ayrı-ayrı siyasətçilər faktlarla bəyan ediblər.

AzNews.az Cumhuriyyet.az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib. İ. Vahabzadənin həmin videomüsahibəsinin bir hissəsini təqdim edirik:


Prezidentin inamını puç edən deputat

Artıq MM-də 40 yeni millət vəkili var. Lakin onların heç də hamısı özlərini təsdiqləyə, doğrulda bilmirlər. Əksinə, köhnə parlamentin dövründə “ağzına su alıb oturan” deputatlar kimi yeni deputatlar arasında da belələri var. Onlar susurlar, ən azı pandemiya dövrü ilə bağlı bir kəlmə çıxış etmirlər, vaxtaşırı öz adlarından açıqlama yazdırıb bəzi KİV-lərdə yayırlar və bununla işlərini bitmiş sayırlar. Halbuki, yeni və gənc deputatlardan gözləntilər varıydı.

Yeni mandat sahiblərinin aktiv olacaqları, tez-tez təşəbbüslərlə çıxış edəcəkləri, seçici ilə intensiv təmas quracaqları güman edilirdi. Düzdür, Razi Nurullayev, Vüqar Bayramov, Erkin Qədirli kimi yeni deputatların aktivliyi diqqət çəkir, amma, yeni deputatların heç də hamısı prezidentin arzuladığı kimi ictimai nəzarətin təmin olunmasında fəallıq göstərmirlər. Bununla bağlı cumhuriyyet.az olaraq bildiririk ki, Yasamal kimi paytaxtın böyük və strateji rayonundan deputat olan Elnur Allahverdiyevin səsini heç kəs eşitmir. O, daha çox biznesmen deputat kimi tanınır. Onun adı milyonlarla “çirkli” pul və vergidən yayınmada hallanır.

“Kontakt Home” fırıldaqları

Mediada gedən məlumatlara görə, E.Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Mediada yer alam məlumatlara istinadəb cumhuriyyet.az bildirir ki, deputatın mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var.

Xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir.

KİV yazır ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma iddialarıdır.

Biznes və yüksəlişin qaranlıq gizlinləri

Onu da bildirək ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin (digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Ölkə mediasında yer alan məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır. Göründüyü kimi, Yasamalın deputatını Milli Məclisin üzvü kimi yox, daha çox biznesmen olaraq tanıyırlar. Allahverdiyev özü də parlamentari fəaliyyətində biznesmen kimi fəallıq etmir.

E.Allahverdiyev bundan əvvəl MTN-də nazir müavini Elçin Əliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Əliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb. Hər fürsətdən yararlanmağı bacaran E.Allahverdiyev sonradan “dostlar” çevrəsini möhkəmləndirməyə başlayıb və yeni “krışa”lar tapmağa çalışıb. Onun adı sələmçilikdə də hallanıb. Bir sözlə, yeni deputatların heç də hamısı prezidentin arzuladığı kimi ictimai nəzarətin təmin olunmasında fəallıq göstərmirlər”.

Siyasi qalmaqal, yaxud…

Əldə etdiyimiz məlumata görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kutab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın deputatları sırasında olması olduqca acınacaqlıdır.