Təhlükəli zərərvericilər aşkar olunub Təhlükəli zərərvericilər aşkar olunub

Rusiya Azərbaycan pomidoruna qarşı - Növbəti qadağa

Təhlükəli zərərvericilər aşkar olunub

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub.

AzNews.az quruma istinadən xəbər verir ki, bunlar “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Adları çəkilən hüquqi və fiziki şəxslərə məxsus pomidorlar Dağıstan gömrük-keçid məntəqəsində yoxlanılarkən onlarda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.