"321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub" "321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub"

Azad edilmiş ərazilərdə 454 min hektar torpaq sahəsinin inventarlaşması başa çatıb

"321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub"

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 454 min hektar torpaq sahəsinin inventarlaşdırması başa çatıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qurum tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb.

"Hazırda 8 yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub", - nazirlikdən bildirilib.

Aznews.az