"Bahar" yatağından qaz hasilatı və tədarükün həcmi açıqlanıb

Bu yataqda planlaşdırılan 740 333 kubmetr əvəzinə...

2021-ci ilin birinci rübündə "Bahar" yatağından faktiki qaz tədarükü sutkada 562 268 min kubmetr təşkil edib.

Aznews.az bildirir ki, Trend bu barədə layihəni idarə edən ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən məlumat verir.

Yanvar ayında bu göstərici sutkada 574 092 kubmetr, fevralda 559 874 kubmetr, martda isə 552 937 kubmetr təşkil edib.

Hesabat dövründə "Bahar" yatağında planlaşdırılan 740 333 kubmetr əvəzinə 589 982 kubmetr qaz hasil olunub.