Nazirlər Kabineti qərarda müvafiq dəyişiklik edib Nazirlər Kabineti qərarda müvafiq dəyişiklik edib

Daha iki ölkə vətəndaşlarının təyyarə ilə Azərbaycana gəlməsinə icazə verildi

Nazirlər Kabineti qərarda müvafiq dəyişiklik edib

Hava nəqliyyatı vasitəsilə daha 2 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Aznews.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilən həmin ölkələr Belarus və Rumıniyadır.

Bu ölkələrin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün tələblər aşağıdakı kimidir:

- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.