Beynəlxalq reytinq agentliyi hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi iqtisadiyyata məhdud təsirə malik olub Beynəlxalq reytinq agentliyi hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi iqtisadiyyata məhdud təsirə malik olub

“Moody’s”: Azərbaycan iqtisadiyyatı güclənir, biznes imkanları artır

Beynəlxalq reytinq agentliyi hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi iqtisadiyyata məhdud təsirə malik olub

Azərbaycan yüksək neft-qaz (karbohidrogen) qiymətlərindən dəstəklənən güclü iqtisadi bərpa ilə Rusiya-Ukrayna böhranını dəf edir.

"APA-Economics" xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentlik hesab edir ki, Azərbaycanın Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, münaqişə iqtisadiyyata məhdud təsirə malik olub.

Reytinq agentliyi davamlı iqtisadi fəaliyyətin getdikcə daha güclü biznes imkanlarına və banklar üçün daha yaxşı aktiv keyfiyyətinə çevriləcəyini və bankların müstəqil kredit profillərini yaxşılaşdıracağını gözləyir.

“Moody’s” həmçinin bu il Azərbaycanın real ÜDM-nin 4% artacağını proqnozlaşdırıb.

Aznews.az