- İşin içi
- 09:34
- 1 050
Azərbaycan neftinin qiyməti azalıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.81 ABŞ dolları və ya 1.19% azalaraq 67.03 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.84 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.