- İşin içi
- 12:08
- 1 610
TƏBİB-ə məxsus şirkət sığortaçı seçir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus "Azərtibbtəchizat" MMC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib.
Aznews.az xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini dekabrın 10-na qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 43 ünvanına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 10-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.