- Dünyanın halı
- 14:01
- 1 403
Makron: Bir çox insanlar qorxur ki, Ukraynaya qoşun göndərəcəyik
Fransa öz qoşunlarını Ukraynaya dərhal göndərməyəcək.
Aznews.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "RTL" radiostansiyasına müsahibəsində bildirib.
"Düşünürəm ki, fransızlar vahiməyə düşməməlidir. Görürəm ki, bir çox insanlar qorxur ki, biz Ukraynaya qoşun göndərəcəyik. Bu belə deyil", - o deyib.
Bununla belə, o, döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyini təmin etmək və ordu üçün təlim keçmək üçün planlaşdırılan "çəkindirmə qüvvələri"ndə Fransa qoşunlarının iştirakını istisna etməyib.
Makron təxminən 20 ölkənin bu qüvvələrin hər üç komponentinin - quru, hava və dəniz komponentlərinin fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu deyib.
"Bu qüvvələr daha çox qonşu ölkələrdə yerləşdirilə bilər, lakin Ukraynanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün ölkə qoşunları ilə sıx əməkdaşlıq edəcəklər", - o dəqiqləşdirib.