Rumıniya Ukrayna sərhədinə döyüş təyyarələri göndərib

Ukrayna-Rusiya müharibəsi Avropada gərginliyi artırmaqda davam edir.

Bu çərçivədə Rumıniyanın Ukrayna sərhədində pilotsuz uçuş aparatları fəaliyyət göstərib.

Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamada iki pilotsuz təyyarənin hava məkanını pozduğu bildirilib.

Nazirliyin açıqlamasında Tulçada görünən pilotsuz təyyarəni izləmək üçün iki “Eurofighter” təyyarəsinin təyin edildiyi və daha sonra yenidən Ukrayna ərazisinə daxil olduğu qeyd edilib. Qalatıda görünən pilotsuz təyyarəni izləmək üçün iki F-16 qırıcısı da yerləşdirilib. Nazirlik, pilotsuz təyyarənin Vrancea şəhərinin daxili hissəsinə doğru hərəkət edərkən aşkar edildiyini açıqlayıb. Tulcea, Qalati və Vrancea sakinlərinə sığınacaq axtarmaları barədə xəbərdarlıq edilib.

Ukrayna ilə 650 kilometr quru sərhədi olan Avropa İttifaqının (Aİ) və NATO üzvü olan Rumıniyanın hava məkanı Rusiyanın Dunay çayı üzərindəki Kiyev limanlarına hücumlara başlamasından sonra pilotsuz təyyarələr tərəfindən pozulub və çoxlu sayda pilotsuz təyyarənin hissələri ölkə ərazisinə düşüb.

Mövsüm,

AzNews.az