- Üçüncü sektor
- 16:27
- 1 563
Tanınmış tarixçi doktorluq dissertasiyası müdafiə etdi
Tanınmış tarixçi alim Elvira Lətifova BDU-nun Tarix fakültəsinin nəzdindəki Dissertasiya Şurasında doktorluq dissertasiyası müdafiə edib.
Aznews.az xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.
"Elvira Lətifova BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosentidir. Tarixçi alimin namizədlik və doktorluq dissertasiyaları müvafiq olaraq "İlisu sultanlığı: tarixi-etnoqrafik tədqiqat" və "Azərbaycanın şimal-qərb torpaqları qonşu dövlətlərin xarici siyasətində (XI-XIX əsrin birinci yarısı)" adlanır. Onun elmi rəhbəri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur. Həm Yaqub müəllimi, həm də Elvira xanımı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!", - deyə tarixçilər qeyd ediblər.