- İşin içi
- 21:07
- 1 454
Maliyyə naziri: Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon dollara çatıb
Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon ABŞ dollarına çatıb.
Aznews.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
"2025-ci ildə Serbiyadan idxalımız 55 faiz artıb", - nazir qeyd edib.
O həmçinin investisiya sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb: "Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb".