Azərbaycan Böyük Britaniyadan qoyun ətinin idxalını bərpa edib

Ötən il Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 638,4 ton qoyun əti idxal edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq – 41 % çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 2,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 28 % çox) 572,5 ton (+27 %), Somalidən 960 min ABŞ dolları dəyərində 46,5 ton (1 il əvvəl tədarük olmayıb), Rusiyadan 19,9 min ABŞ dolları dəyərində (+3 dəfə) 19 ton (+9 dəfə), Böyük Britaniyadan 7,5 min ABŞ dolları dəyərində 0,25 ton, Yeni Zelandiyadan 7,2 min ABŞ dolları dəyərində (-42 %) 0,2 ton (-59 %) məhsul alıb.

Azərbaycan 8 il 11 aylıq aradan sonra Böyük Britaniyadan tədarükü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.