- İşin içi
- 17:52
- 757
Palata: OMXÇ indikatorları üzrə kəmiyyətlə yanaşı, keyfiyyət göstəriciləri də artırılmalıdır
Orta Müddətli Xərclər Çərçivəsində (OMXÇ) indikatorlar üzrə kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də artırılmalıdır.
Aznews.az xəbər verir ki, bunu Hesablama Palatası 2025-ci il üzrə "Dövlət auditi" jurnalının 3-cü buraxılışında dərc olunmuş təhlilində bildirib.
Sənədə əsasən, OMXÇ islahatına daxil edilən yeni bölmələrin indikatorları da nəzərə alınmaqla aparılan təhlillər göstərir ki, bəzi hallarda strateji hədəflər üzrə indikatorların dəqiqləşdirilməsinə, eyni zamanda, indikatorlar üzrə kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərinin də artırılmasına zərurət var. Belə ki, OMXÇ-nin hazırlanması zamanı bir çox hallarda maliyyə vəsaiti ilə nəticə göstəriciləri (indikatorlar) arasında məntiqi əlaqə pozulub, bir sıra proqram və tədbirlər üzrə müəyyən edilmiş hədəflər "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər dövlət proqramlarında yer alan göstəricilərlə uyğun gəlmir.