İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq. İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq.

Azərbaycan, Rusiya və İranın böyük layihələri var - Nazir

İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, iki ölkə arasında nəqliyyat sahəsində böyük işlər görülür: "Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır. Bu, nəinki tranzit məqsədlər üçündür, eləcə də elektrik enerjisinin Rusiyadan Azərbaycana, Azərbaycandan da İrana ixracını nəzərdə tutur".

N.Əliyev deyib ki, hər üç ölkənin energetika nazirləri bunun üzərində işləyir: "Bizim neft-qaz və enerji sahələrində böyük layihələrimiz var. O cümlədən İran qazının Azərbaycandan tranzit olunması məsələsi də gündəlikdədir. Eyni zamanda İran qaz anbarlarının istifadəsi, yenidən qurulması və başqa sahələr var ki, bunları inkişaf etdirəcəyik".