Böyük Britaniyanın “Wanderlust” jurnalının Azərbaycanın “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına daxil edib. Böyük Britaniyanın “Wanderlust” jurnalının Azərbaycanın “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına daxil edib.

“Hökumət viza məsələlərinə yenidən baxmalıdır” - Qubad İbadoğlu

Böyük Britaniyanın “Wanderlust” jurnalının Azərbaycanın “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına daxil edib.


İqtisadçı-ekspert Qubad İbadoğlu AzNews.az-a açıqlamasında bildirib ki, jurnalın tərtib etdiyi "Dünyanın ən çətin viza alınan 10 ölkəsi" siyahısına Azərbaycanın da daxil edilməsi ölkənin xarici sərmayələrə və turistlərə ehtiyacının getdikcə artdığı indiki həssas məqamda ciddi qiymətləndirmələr aparmağı və nəticələr çıxarmağı tələb edir: "Jurnal Azərbaycana vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olduğunu iddia edir. 29 noyabr 2013-cü ildə Vilnyus şəhərində Avropa Birliyi və Azərbaycan şərq tərəfdaşlığı sammiti çərçivəsində viza liberallaşdırılması, 28 fevral 2014-cü ildə isə readmissiya sazişi imzalayıb. Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən sənəddir".

Ekspertin fikrincə, son zamanlar "online" anket forması və ərizə qəbulu sahəsində mütərəqqi dəyişikliklər edilsə də, onun tətbiqi sahəsində problemlər müşahidə olunur: "Viza qərarının verilməsi isə bır neçə orqanın apardığı qiymətləndirmədən sonra qəbul edildiyin izafi zaman tələb edir. Bu istiqamətdə ən düzgün yanaşma Azərbaycan üçün vacib olan, sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələr üçün viza tətillərinin elan edilməsidir. Bu imkandan Qazaxıstan son zamanlar bəhrələnməyə çalışır. Bu ölkə hökumətinin qərarı ilə ABŞ, Almaniya, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britanıya. Fransa, Finlandiya, Hollandiya, İsveçrə, İspaniya, İtalıya, Malayzıya, Monako, Norveç, Sinqapur və Yaponiyanın vətəndaşları, 16 iyul 2015-ci ildən 31 dekabr 2017-ci ilədək bu respublikanın sərhədlərini vizasız keçib, 15 gün ərzində Qazaxıstanda sərbəst qalmaq hüquqlarına malikdirlər. Bundan sonra Qazaxıstan hökuməti Avropa Birliyi və Böyük Britaniya ilə ikitərəfli qaydada vıza prosedurlarının sadələşdirilməsi məsələsində müzakirələrə başlayıb.Gürcüstan və Ukrayna vətəndaşları üçün Avropa Birliyinə vızasız daxil olmaq barədə razılaşma əldə edilib. Hesab edirəm ki, Azərbaycan hökuməti də bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməlidir. Çünki, ölkəyə xarici sərmayənin və turistlərin cəlb edilməsində həlli vacib olan əsas məsələlərdən biri də viza rejiminin liberallaşdırılmasıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az