Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstraliyanın OMV şirkətinin Türkiyədəki məşhur yanacaqdoldurma məntəqələrini (YDM) idarə edən "Petrol Ofisi" şirkətini almaq istəyir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstraliyanın OMV şirkətinin Türkiyədəki məşhur yanacaqdoldurma məntəqələrini (YDM) idarə edən "Petrol Ofisi" şirkətini almaq istəyir.

SOCAR Türkiyədəki məşhur şirkəti almaq istəyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstraliyanın OMV şirkətinin Türkiyədəki məşhur yanacaqdoldurma məntəqələrini (YDM) idarə edən "Petrol Ofisi" şirkətini almaq istəyir.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 2006-cı ildə Petrol Ofisini (PO) 3 milyard dollara alan OMV şirkəti 10 il sonra bazardan geri çəkilir. Məlumata görə, şirkəti almağa namizədlər arasında SOCAR və OPET də var.

Bildirilir ki, bu barədə OMV-nin Vyanadakı ofisində danışıqlar da başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Turkey"in rəhbəri Kənan Yavuz məsələyə münasibət də bildirib. O, bununla bağlı hələki dəqiq məlumat verə bilməyəcəyini açıqlayıb: "Bu məsələyə hələki "hə" və ya "yox" cavabı verə bilmərik. YDM-lər bu gün satışa çıxarılıb. Hələki çox tezdir. Bir neçə gün içərisində bizim də fikrimiz aydınlaşar".

Məlumat üçün bildirək ki, bir müddət əvvəl də SOCAR-ın Fransanın "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlar yayılmışdı. Lakin sonradan məlumatlar təsdiqini tapmadı.

Nigar