15-dən çox ölkə neft hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağa hazır olduqlarını təsdiqləyib. 15-dən çox ölkə neft hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağa hazır olduqlarını təsdiqləyib.

“15-dən çox ölkə neft hasilatını dondurmağa hazırdır”

15-dən çox ölkə neft hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağa hazır olduqlarını təsdiqləyib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya enerji naziri Aleksandr Novak bəyan edib.

"Sözdən əmələ keçmək üçün nazirlər səviyyəsində görüş baş tutmalıdır ki, qərar rəsmi olaraq təsdiqini tapsın", deyə A.Novak bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər. Eyni zamanda Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt və BƏƏ nefti hasilatının "dondurulması"na razılıq veriblər.