Azərbaycan gənclər arasında işsizlik səviyyəsini azaltmağa müvəffəq olub. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının açıqladığı “Qlobal məşğulluq tendensiyaları 2013” adlı hesabatda bildirilir. Azərbaycan gənclər arasında işsizlik səviyyəsini azaltmağa müvəffəq olub. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının açıqladığı “Qlobal məşğulluq tendensiyaları 2013” adlı hesabatda bildirilir.

Azərbaycanda gənclərin 11 faizi işsizdir

Azərbaycan gənclər arasında işsizlik səviyyəsini azaltmağa müvəffəq olub. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının açıqladığı “Qlobal məşğulluq tendensiyaları 2013” adlı hesabatda bildirilir.



Hesabata əsasən, ölkədə gənclər arasında işsizlik səviyyəsi 2000-ci ildə 18,4 faiz təşkil edib və hazırda bu rəqəm 11 faizə düşüb.

"Digər MDB ölkələri və Gürcüstan isə gənclərin işlə təmin olunması sahəsində problemlərlə üzləşməkdə davam edir. Ermənistanda gənclər arasında işsizlik səviyyəsi 39,1 faiz təşkil edir. 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizlik səviyyəsinin 17,3 faiz (kişilər) və 17,7 faiz (qadınlar) olacağı proqnozlaşdırılır".

Hesabatda qeyd olunur ki, regionda əmək bazarında mövcud olan əsas problem qeyri-rəsmi məşğulluqdur. Qeyri-rəsmi məşğulluğun artması əmək şəraitinin pisləşməsinə səbəb olur. Bu göstərici Qafqaz və Mərkəzi Asiya respublikalarında daha kəskin nəzərə çarpır. 2000-ci illə müqayisədə Azərbaycanda gənclərin qeyri-rəsmi məşğulluq səviyyəsi 30 faizdən 44 faizə, Gürcüstanda 30 faizdən 37 faizə qalxıb. Ermənistanda isə bu rəqəm 49 faiz təşkil edir.

AzNews.az