Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104009540 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104009540 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərraca çıxarılan istiqrazların hamısı satıldı

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104009540 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hərraca 9 investor 17 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 50 255 600 manat olub.

Sifarişlər 83,4095 manat (20%) – 85,611 manat (16,9%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84,622 manat (18,2727%), orta ölçülmüş qiyməti 84,8544 manat (17,9472%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 5 yanvar 2018-ci ildir.