Neft ucuzlaşdı

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,29 dollar və ya 0,57% azalaraq 50,34 dollar olub.

AzNews.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarını gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar və ya 0,68% azalaraq 48,03 dollar təşkil edib.