“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq” - Prezident

“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDBməkanında liderliyini qoruyur.