Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb. Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

Azərbaycanda kreditlər bahalaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

"APA-Economics" AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, avqustda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,49%, xarici valyuta ilə 3,57% təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,66% artıb, xarici valyutada depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,08% azalıb. Ümumiyyətlə, manatla depozit və əmanətlərdə orta faiz illik 8,55%-dən 9,49%-ə yüksəlib, xarici valyutada 4,97%-dən 3,57%-ə enib.

Avqust ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,84%, xarici valyutada isə 2,78%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərinin orta faizi 11,72%, xarici valyutada isə 4,20% olub.

Avqustda verilmiş kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, bu göstərici manatla 13%, xarici valyuta ilə 10,62% təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10%, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62% artıb. Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 12,28%-dən 13%-ə, xarici valyutada 10,21%-dən 10,62%-ə yüksəlib.

Avqust ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,10% xarici valyutada 16,25% olub. Hüquqi şəxslərə sözügedən ayda kreditlər manatda orta hesabla 9,02%, xarici valyutada 7,51% təşkil edib.

AzNews.az