- Köhnə - İqtisadiyyat
- 24 Yanvar 2018 09:40
- 3 347
“Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir”

Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir.
AzNews.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.
Səfir bildirib: "Biz Azərbaycana şərq bazarlarına çıxış qapısı kimi baxırıq və istəyirik ki, Azərbaycan Macarıstanı Avropa İttifaqı bazarlarına çıxış nöqtəsi hesab etsin".
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən danışan V.Sederkenyi deyib ki, Avropa ilə Asiyanı birləşdirən istənilən infrastruktur layihəsi Macarıstan üçün mühüm əhəmiyyət kəsb edir:
"Bununla əlaqədar, biz BTQ dəmir yoluna böyük əhəmiyyət veririk, çünki o, Asiya ilə Avropa arasında yük daşınmasının zamanını azaltmağa imkan verəcək və rəqabət qabiliyyətli tarif sistemini təmin edəcək".