London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib. London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

London Ali Məhkəməsi iki xarici kreditorun ABB-yə qarşı iddiasını təmin edib

London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, borcun kateqoriyasından asılı olaraq diskont 3%, 20% və 50% təşkil edib. “Sberbank” öhdəliklərin qaytarılması ilə bağlı müəyyən olunan ikinci kateqoriyaya düşməsi ilə razılaşmayıb.

Ötən ilin may ayında ABB-nin kreditorlarının tələblərinin təmin olunmasına dair moratorium haqqında London Ali Məhkəməsi qərar qəbul edib. Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi.

Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir.

Məlumatda qeyd olunub ki, ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb.

Qeyd edək ki, “Sberbank” 2016-cı ildə ABB-yə ticarət maliyyələşdirilməsi ilə bağlı 20 mln. dollar həcmində kredit ayırıb. FTİML isə ABB-nin 2019-cu ilədək tədavüldə olacaq 500 mln. dollar məbləğində istiqrazlarını alıb.

“Reuters” agentliyinin məlumatına görə, hər iki kreditor restrukturizasiya planı ilə razılaşmayıb.

"Sberbank” və FTİML qeyd edib ki, ABB ilə onların borc münasibətləri İngiltərə qanunvericiliyinə əsasən 1890-cı ildə baş verən “Qibss işi” adlı presedentə istinad edilərək tənzimlənib. İngiltərə qanunvericiliyinə əsasən, öhdəlik borclunun iflası səbəbindən silinə bilməz. Bununla da London Ali Məhkəməsi “Qibss işi”nə əsaslanaraq hər iki maliyyə qurumunun ABB-yə qarşı tələbini təmin edib", - deyə məlumatda vurğulanıb.

“Bu qərar İngiltərə qanunvericiliyi çərçivəsində tələblərin sabitliyini gücləndirəcək və bazar iştirakçılarının öz öhdəliklərini vicdanla yerinə yetirməsini stimullaşdıracaq”, - deyə “Sberbank”ın mətbuat xidmətinin cavabında qeyd olunub.

FTİML isə bu qərara şərh verməkdən imtina edib.

Azərbaycan Beynəlxalq Bankı hesab edir ki, London Ali Məhkəməsinin qərarı “Sberbank” və FTİML-yə ödəniş tələb etmək hüququ vermir. “Məhkəmə öz qərarında Azərbaycan Beynəlxalq Bankına bu problemin həlli üçün apelyasiya məhkəməsinə müraciət etməyi tövsiyə edib. İngiltərənin məhkəmə prosesi Azərbaycanda restrukturizasiya prosesinin uğurla başa çatmasına təsir göstərməyək”, - deyə ABB-nin məlumatında vurğulanıb.

Qeyd edək ki, britaniyalı vəkil bildirib ki, apelyasiya məhkəməsinin qərarı olmadan restrukturizasiya prosesi başa çatdırıla bilməz. Apelyasiya məhkəməsinin qərarı isə bir neçə ayadək uzana bilər.

Xatırladaq ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.

ABB 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.